"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rektor qızından daha bir sensasiya: "Məni heç kim döyməyib"

18 Mart 2015 - 00:56
in ŞOU

Bunu da oxuyun

Bülənt Ərsoya mərmər çanta bağışlandı – FOTO

Elton Con xəstəxanaya yerləşdirilib

Hadisə bu tarixdə Bakıya gəlir

Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayeva döyülməsi ilə bağlı yayılan məlumatlara yenidən münasibət bildirib.

Rektor qızından daha bir sensasiyaÜlkər İsayeva bu barədə öz facebook səhifəsində açıqlama verib: “Əziz dostlarım və “dostlarım”, hörmətli adekvat ve qeyri-adekvat pressa işçiləri, heç nədən xəbəri olmayaraq, pressada verilən informasiyanın nə dərəcə düzgün olub-olmadığını bilməyərək ağzını qara açan millətə üz tutub demək istəyirəm ki, həmin videonun mənə və mənim ailəmə heç bir aidiyyəti yoxdur. Mən heç kəs tərəfindən döyülməmişəm. Mənə dəstəyini göstərən bütün tanıdığım və tanımadığım insanlara dərin təşəkkürlərimi bildirmək istəyirəm. Yaxşı ki, varsınız!”.

Ü.İsayeva şərhlərə reaksiya verərək, onu döyməkdə ittiham olunan Zaur və Elin Məmmədovlarla heç bir problemi olmadığını da qeyd edib: “Onlar mənim çox yaxın insanlarımdır”.

Məsələyə müdaxilə edən müğənni Nigar Camalın da şərhləri diqqət çəkib. O, bu məsələni müzakirə edənləri və medianı təhqir edib, Ülkər İsayevaya dəstək olduğunu bildirib.

Şərhçilərdən biri – Elvin Əliyev isə qeyd edib ki, Ülkər İsayeva psixologiya müəllimidir və bu sahədə çox işlər görüb: “Bu video bizim şirkətimizin marketoloqları tərəfindən hazırlanmış ssenari üzrə çəkilməli idi. Əslində videoda gördüyünüz məşq prosesi idi. Kimsə bu layihədən xəbər tutub və icazəsiz çəkiliş edib. Videoda iştirak edəcək aktyorlar və rejissor həmin videoda iştirak edirlər. Bu layihə cəmiyyətdə “Qadın zorakılığına qarşı” hazırlanıb. Bu yaxınlarda hamıya KİV vasitəsilə təqdim ediləcək”.

Qeyd edək ki, Xətai Rayon Məhkəməsinin hakimi Raziyə Ataşova H.İsaxanlının qızını döydüklərinə görə saxlanılan Zaur və Elin Məmmədov qardaşlarını azadlığa buraxıb. Hakimin bu qərarından prokurorluq protest verib.

Martın 17-də həmin protest üzrə məhkəmə iclası keçirilib. Növbəti iclas martın 18-nə təyin edilib.

Ülkər İsayevanın Elin və Zaur Məmmədov qardaşları tərəfindən döyüldüyü kameraya qeyd edilib. Bu məlumatı Baş Prokurorluq da təsdiqləyib. Prokurorluq Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevanın döyülməsində təqsirləndirilən şəxslərlə bağlı apelyasiya protesti verib.

Bir sözlə, təkziblərə baxmayaraq fakt göz önündədir. Bundan bir gün əvvəl hüquq-mühafizə orqanlarına istinadən verilən məlumatlara görə, Məmmədov Zaur Muxtar oğlu 09 mart 2015-ci ildə, gecə saat 04:25 radələrində qardaşı Elin Məmmədovla bir qrup şəxs halında sərxoş vəziyyətdə ictimai yerdə, Bakı şəhəri, Səbayel rayonu, Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində heç bir səbəb olmadan tanışları İsayeva Ülkər Hamlet qızını idarə etdikləri 90 KU 050 dövlət nömrə nişanlı “Bentley” markalı avtomobildən zorla çəkib çıxarmaqla yerlə sürüyərək, əl və ayaqla zərbələr endiriblər.

Hadisəni görən vətəndaşların müdaxiləsindən sonra Ülkər İsayeva taksiyə əyləşərək hadisə yerindən uzaqlaşmaq istəyən zaman, ona imkan verməyərək zorla taksidən düşürərək yenidən yerlə sürüyüb, təkrarən əl və ayaqla zərbələr endiriblər. Bu hal o, yenidən düşürüldüyü maşına mindirildikdən sonra da davam edib…

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Avqurlar kimi gülmək… – (Məmməd Süleymanov yazır)

Next Post

Putin: "Onlar həyasızcasına qara yaxır…"

Bənzər yazılar

Bülənt Ərsoya mərmər çanta bağışlandı – FOTO

Bülənt Ərsoya mərmər çanta bağışlandı – FOTO

02 Oktyabr 2023 - 19:51

Türk klassik musiqisinin divası Bülənt Ərsoy dəbdəbəli səhnə geyimləri, zinət əşyaları və qeyri adi tərzi ilə tez-tez gündəmi zəbt edir....

Elton Con xəstəxanaya yerləşdirilib

Elton Con xəstəxanaya yerləşdirilib

28 Avqust 2023 - 16:44

Müğənni və bəstəkar Elton Con xəstəxanaya yerləşdirilib. Məlumata görə, müğənni dəniz kənarındakı evində yıxılaraq Monako xəstəxanasına yerləşdirilib. Elton Conun gecə...

Hadisə bu tarixdə Bakıya gəlir

Hadisə bu tarixdə Bakıya gəlir

20 Avqust 2023 - 17:51

Türkiyənin məşhur ulduzu, mahnıları ilə bir çoxlarının sevimlisi Hadisə 26 avqust tarixində Dalğa Fest - də səhnə alacaq. Elchi.az xəbər...

Britni Spirs və əri Sem Əsgəri boşanır

Britni Spirs və əri Sem Əsgəri boşanır

17 Avqust 2023 - 15:48

Dünyaca məşhur müğənni Britni Spirs və əri Sem Əsgəri boşanır. İddialara görə ayrılığa səbəb, müğənninin xəyanəti olub. Bildirilir ki, təxminən...

Next Post

Putin: "Onlar həyasızcasına qara yaxır..."

Neftin ucuzlaşması davam edir

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.