"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rektordan xəbər var

21 Yanvar 2015 - 15:03
in HADİSƏ

Bunu da oxuyun

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

erBaş Prokurorluq istintaq tədbirləri barədə məlumat yayıb

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev və həmin universitetin vəzifəli şəxsləri tərəfindən yol verilmiş qanunsuzluqlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, istintaq zamanı E.Abdullayevin qulluq mövqeyindən sui-istifadə edərək qabaqcadan əlbir olduğu bir qrup şəxslə qanunsuz hərəkətlərə görə ayrı-ayrı şəxslərdən 370 min 586 manat məbləğində pulu rüşvət almaqla fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, habelə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasında, həmçinin təkrarən külli miqdarda rüşvət verməyə cəhd etməsində və külli miqdarda vergiləri ödəməkdən yayınmasında şübhələr üçün əsaslar olduğundan 25 iyun 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (rüşvət alma), 311.3.2, 311.3.3 və 29,312.2 (rüşvət vermə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilib.

Hazırda cinayət işi üzrə universitetin ayrı-ayrı fakültələrinə qanunsuz olaraq tələbələrin köçürülməsi, təhsil aldıqları müddətdə sessiya və yekun dövlət buraxılış imtahanlarından müvəffəqiyyət qiymətlərinin yazılması və onlara ali təhsil haqqında diplomların verilməsində həmin universitetin vəzifəli şəxsləri tərəfindən törədilmiş korrupsiya faktlarının araşdırılması ilə bağlı müvafiq istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bundan başqa, E.Abdullayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək universitetin nəzdində fəaliyyət göstərmiş Tibb Mərkəzinin vəzifəli şəxslərinə həmin tibb müəssisəsinə insan orqan və ya toxumalarının transplantasiyası ilə bağlı cərrahiyyə əməliyyatlarının keçirilməsinə dair xüsusi razılıq (lisenziya) olmadığı halda qanunsuz göstəriş verməklə İsrail vətəndaşları ilə əlbir olub cinayət əlaqəsinə girərək “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini kobud surətdə pozaraq, donorlardan qanunsuz olaraq böyrəklərinin götürülüb əcnəbi vətəndaşlar olan resipiyentlərə köçürülməsi ilə bağlı cərrahiyyə əməliyyatlarının keçirilməsinə şərait yaradılmaqla hər bir əməliyyata görə heç bir sənədləşdirmə aparılmadan nağd qaydada külli miqdarda pulun alınıb dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurulması faktları ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərdən sui-istifadə) maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İş üzrə universitetin və Tibb Mərkəzinin əməkdaşları, cərrahiyyə əməliyyatlarında iştirak etmiş tibb personalı şahid qismində dindirilmiş, həkim fəaliyyəti ilə bağlı məhkəmə-tibbi, məhkəmə-xətşünaslıq, sənədlərin texniki-kriminalistik ekspertizaları təyin olunaraq rəylər alınmış, E.Abdullayevlə cinayət əlaqəsinə girmiş İsrail və Ukrayna vətəndaşları barəsində eyni cinayət əməllərinə dair Ukraynada həyata keçirilən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əldə olunaraq iş üzrə toplanmış digər sübutlarla birgə qiymətləndirilməklə ittiham üçün əsas verən kifayət qədər sübutlar toplanıldığından 20 avqust 2013-cü il tarixdə E.Abdullayevin Cinayət Məcəlləsinin 137.3 (insan orqanların və ya toxumalarının qanunsuz alqı-satqısı) və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilib.

E.Abdullayev istintaqdan qaçıb xarici dövlətdə gizləndiyi üçün barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarış elan olunmaqla tutulması istiqamətində beynəlxalq axtarış tədbirləri həyata keçirilir.

ANS PRESS

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Dilqəm Rusiyanın diqqətində

Next Post

Lavrov "Türk axını"ndan danışdı

Bənzər yazılar

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

06 May 2024 - 10:58

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

05 May 2024 - 13:23

Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var. Elchi.az xəbər verir ki, bu...

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

02 May 2024 - 16:46

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Elchi.az "TRT haber"ə istinadən...

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

01 May 2024 - 23:14

Gürcüstanın paytaxtı Tbilisidə polis parlamentin xidməti girişinin qapılarını sındırmaq istəyən etirazçılara su çiləyib, bibər qazı sıxıb. Elchi.az xəbər verir ki,...

Next Post

Lavrov "Türk axını"ndan danışdı

Gümrü faciəsi parlamentə çıxarılır

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.