"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Report” İnformasiya Agentliyinin bir yaşı tamam olur

27 Oktyabr 2015 - 09:55
in XƏBƏR LENTİ

Agentlik əməkdaşlarının fəaliyyəti ötən dövrdə dövlət səviyyəsində yüksək qiymətə layiq görülübBu gün “Report” İnformasiya Agentliyinin (İA) fəaliyyətə başlamasından bir il ötür.

“Report” İA ötən bir il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.

Bununla yanaşı, “Report” İA-nın əsas veb-resursu olan www.report.az saytı ötən dövr ərzində özünü digər mətbuat orqanları üçün etibarlı xəbər mənbəyi kimi təsdiq edib. Agentliyin xəbərlərini ölkədə fəaliyyət göstərən 100-dən artıq informasiya resursu, o cümlədən televiziya, radio, qəzet və xəbər saytları yayımlayıblar. Saytın rus və ingilis dillərində olan versiyalarında Azərbaycanla bağlı dərc olunan xəbərlər beynəlxalq KİV-lərin də diqqət mərkəzinə çevrilib.

Ötən bir illik dövr ərzində ölkədə baş verən ən mühüm hadisələr agentliyin saytında geniş şəkildə işıqlandırılıb. Ən mühüm hadisələrdən biri kimi Bakıda keçirilən və bütün Avropanın idman hadisəsinə çevrilən “Bakı-2015” I Avropa Oyunlarını qeyd etmək olar.

“Report” İA ilk Avropa Oyunlarına aid məlumatların yayım sayına və keyfiyyətinə görə ölkənin ən qabaqcıl informasiya resurslarından biri olub. Belə ki, Oyunlar keçirilən dövr ərzində www.report.az 2172 xəbər dərc edib. Bunlardan 1003-ü Azərbaycan, 631-i rus, 538-i ingilis dillərində olan xəbərlərdir. “Report” oxucuları Avropa Oyunları zamanı agentliyin saytı vasitəsilə yarışları canlı izləmək, həmçinin yarışların ən maraqlı anlarından fotosessiyalarla tanış olmaq imkanı əldə ediblər.

“Report” 2014-cü il dekabr ayının 23-də Azərbaycanda keçirilən bələdiyyə seçkilərini yüksək səviyyədə işıqlandırıb, hazırda isə V çağırış Milli Məclisə seçkilərlə bağlı ən son xəbərləri çatdırır.

“Report” əməkdaşlarının fəaliyyəti ötən dövrdə dövlət səviyyəsində yüksək qiymətə layiq görülüb. Belə ki, prezident İlham Əliyevin Azərbaycan Respublikası kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında imzaladığı sərəncamla “Report” İnformasiya Agentliyinin redaktoru İmdad Əlizadə “Tərəqqi” medalına layiq görülüb.

Həmçinin, daxili işlər naziri, general-polkovnik Ramil Usubov paytaxtın Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı ekstremal şəraitdə peşə borcunu ləyaqətlə yerinə yetirərək əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmiş “Report” İA-nın fotomüxbiri Orxan Əzimovu qəbul edib və ona nazirliyin “Fəxri fərmanı”nı təqdim edib.

“Report” İnformasiya Agentliyi gündəlik bülletenlər vasitəsi ilə də məlumatların abunəçilərə təqdim edilməsini həyata keçirir. Agentliyin dərc etdiyi məlumatlara abunə olan qurumlar və şəxslər www.report.az saytında gedən bağlı xəbərləri, analitik məlumatları oxumaq üstünlüyü qazanırlar.

“Report” İA sutka ərzində Azərbaycan dilində orta hesabla 140-150, rus dilində 80-90, ingilis dilində 40-50 xəbər istehsal edir.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanda yoxlamaların aparılacağı sahələr açıqlanıb – SİYAHI

Next Post

Çin ABŞ-a xəbərdarlıq etdi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Çin ABŞ-a xəbərdarlıq etdi

Türkiyədə 30 terrorçu həbs edilib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.