“ABŞ prezidenti Co Bayden hesab edir ki, onun həmvətənləri respublikaçı konqresmenlər ölkənin federal hökumətinin gələcək maliyyələşdirilməsi üçün lazım olan tədbirləri təsdiqləməyincə onlara səs verməməlidirlər”.
Elchi.az Reuters.com-a istinadən bildirir ki, Amerika lideri bu barədə bazar ertəsi Ağ Evdə açıqlama verib.
Bayden hesab edir ki, bəzi amerikalı qanunvericilər hökuməti maliyyələşdirməyi dayandırmağa hazırdırlar. Onun sözlərinə görə, radikal respublikaçıların kiçik bir qrupu Ağ Evlə ABŞ Nümayəndələr Palatasının prezidenti Kevin Makkarti arasında dövlət xərclərinə dair razılaşmaların şərtlərini yerinə yetirmək istəmir.
Amerika liderinin vurğuladığı kimi, hökumətin maliyyələşdirilməsi ilə bağlı məsələlərin həlli Konqresin əsas vəzifələrindən biridir: “Əgər Nümayəndələr Palatasının respublikaçıları öz işlərini görməyə başlamasalar, biz onlara səs verməyi dayandırmalıyıq”,-deyə Bayden vurğulayıb.
Yeganə






