ABŞ Respublikaçı seçicilərinin yalnız yarısı qarşıdan gələn praymerizlərdə Donald Trampa səs verməyə hazırdır ki, bu da 2022-ci ilin yayından bəri keçmiş prezidentə dəstəyin rekord dərəcədə azaldığını əks etdirir.
Elchi.az Reuters.com-a istinadən bildirir ki, bunu Emerson Kolleci Universitetinin analitik xidmətinin avqustun 25-26-da 1000 nəfər arasında keçirdiyi sorğunun məlumatları sübut edir.
Sorğunun nəticələrinə görə, Trampın bəyənmə reytinqi keçmiş prezidentin iştirak etmədiyi ötən həftə Respublikaçılar Partiyasının prezident seçkiləri debatının yayımından əvvəl keçirilən sorğunun nəticələri ilə müqayisədə altı faiz aşağı düşüb: “Respublikaçı seçicilərin 50%-i praymerizdə Donald Trampa səs verməyi planlaşdırır”, – xidmətin açıqlamasında deyilir.
Qeyd edilir ki, bu, Emerson Kollecinin sorğuları tarixində ən aşağı göstəricidir. Trampın reytinqi 2022-ci ilin iyul ayından bəri 55%-dən aşağı düşməyib və sorğuda iştirak edən respublikaçıların 62%-i bu ilin aprelində ona səs verməyə hazır olub.
Sorğunun nəticələrinə görə, respondentlərin 12%-i Florida qubernatoru Ron DeSantisə onun debatda iştirakına qədər səs verməyə hazırdır ki, bu da ötən həftə ilə müqayisədə iki faiz bəndi çoxdur. Biznesmen Vivek Ramasvami respublikaçı seçicilərin 9%-nin dəstəyini qazanıb, respondentlərin isə yalnız 7%-i keçmiş vitse-prezident Mayk Pensə səs verməyə hazırdır.
Avqustun 23-də Tramp Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədlərin ilk debatlarında çıxış etməyib. O, qərarını Amerika cəmiyyətinin onunla yaxşı tanış olması və dövlət başçısı kimi fəaliyyətindən xəbərdar olması ilə izah edib. Debatların X sosial şəbəkəsində (keçmiş Twitter) yayımı zamanı Trampın üç saat ərzində 100 milyondan çox baxış toplayan jurnalist Taker Karlsonla müsahibəsi dərc olunub. ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək….
Yeganə





