Əfqanıstanın qərbində baş verən dağıdıcı zəlzələ və ondan sonrakı təkanlar nəticəsində 2 mindən çox insan həlak olub, 9 mindən çox insan yaralanıb.
Elchi.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi “Taliban” radikal hərəkatının rəhbərlik etdiyi müvəqqəti hökumətin Fəlakətlərin İdarə Edilməsi Nazirliyinə istinadən məlumat yayıb.
Agentlik qeyd edir ki, zəlzələ nəticəsində 2053 nəfər ölüb, 9240 nəfər xəsarət alıb. 1329 ev dağıdılıb.
İnformasiya və Mədəniyyət Nazirliyinin müvəqqəti Taliban hökumətindəki nümayəndəsi Əbdül Vahid Rayanın sözlərinə görə, Associated Press yazır , zəlzələ nəticəsində altı kənd tamamilə dağılıb.
Daha əvvəl Agence France-Presse radikal hərəkat hökumətinin rəsmi nümayəndəsinin müavini Bilal Kərimiyə istinadən fəlakət nəticəsində 1 min nəfərin öldüyünü bildirmişdi.
Nuranə Məmmədova




