Şimali Atlantika Alyansı NATO üzvü olan ölkələrdən Ukraynadakı münaqişə səbəbindən tükənmiş silah ehtiyatlarını artırmağı xahiş etməyi planlaşdırır.
Elchi.az bu barədə Reuters agentliyinə istinadən xəbər verir.
Agentliyin məlumatına görə, alyansa üzv olan bir çox ölkələr, hətta 2022-ci ilin fevralından əvvəl də, silah ehtiyatı ilə bağlı hədəflərə çatmayıb. Bu ona görə baş verib ki, dövlət başçıları irimiqyaslı artilleriya döyüşləri ilə məhvedici müharibələrin keçmişdə qaldığına inanırdılar.
Münaqişə başlayandan Ukrayna ərazisinə çatdırılmaların miqyası Qərb ölkələrinin ehtiyatlarını ciddi şəkildə tükəndirib. Öz növbəsində, müdafiə istehsalının artması bəzi amillərə görə baş verə bilməz. O cümlədən, yarımkeçiricilərin qlobal çatışmazlığı, ixtisaslı işçilərin tapılması problemi və müəyyən növ xammal çatışmazlığı var.
Yeganə





