Elchi.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) himayəsi altında taxıl sazişinin uzadılması ilə bağlı danışıqlar dalana dirənib və hazırda heç bir aydınlıq yoxdur. Bu barədə RİA Novosti danışıqların nəticələri ilə tanış olan mənbəyə istinadən yazır.
“Türkiyə və BMT tərəfindən danışıqlar prosesi dayanmayıb, müxtəlif təşəbbüslər və variantlar təklif olunur. Amma çıxılmaz vəziyyət yaranıb”, – deyə mənbə əlavə edib ki, hazırda “Rusiya kənd təsərrüfatı məhsulları və ammonyakın dünya bazarlarına çıxarılması üçün zəmanətlərin alınıb-alınmayacağı” bəlli deyil.
Nəşrin mənbəsi qeyd edib ki, bu məsələləri qısa zamanda həll etmək lazımdır.
Şayəstə





