"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“RİA Novosti”dən Azərbaycana qarşı növbəti təxribat…

02 Sentyabr 2014 - 18:00
in GÜNDƏM
Rusiyanın “RİA Novosti” (“Rossiya Seqodnya”) Beynəlxalq İnformasiya Agentliyi növbəti dəfə Azərbaycanaimg1628514 qarşı informasiya təxribatına yol verib.
APA-nın verdiyi məlumata görə, agentlik özünün İrəvan müxbirinə istinadən “Dağlıq Qarabağ Respublikası”nın “müstəqilliyinin” 23 illiyi ilə bağlı məqalə yayıb. Məqalədə Azərbaycanın ərazi bütövlüyü və tarixi təhrif olunub, “Dağlıq Qarabağın erkən orta əsrlərdə Ermənistanın tərkibində olması” qeyd olunub. Azərbaycan Milli Məclisinin üzvü, tarix elmləri doktoru, professor Musa Qasımlı isə APA-ya açıqlamasında “RİA Novosti” agentliyinin materialında yer alan iddiaların əsassız olduğunu bildirib. M.Qasımlı deyib ki, tarixi mənbələr ermənilərin Cənubi Qafqaz regionunda aborigen, gəlmə olduqlarını sübut edir. Onun sözlərinə görə, buna görə Qarabağ xanlığının Rusiyaya birləşdirilməsi ilə bağlı 1805-ci ildə imzalanmış Kürəkçay müqaviləsinin mətninə diqqət yetirmək yetərlidir: “Belə əsassız iddianı irəli sürənlər baxsınlar ki, Kürəkçay müqaviləsinin altında kimin imzası var? Müqavilədə ermənilər xatırlanırmı, adları varmı? Bunların heç biri yoxdur.
Qarabağ Azərbaycan xanlığı olub, Azərbaycan xanlığı kimi Rusiya tərəfindən ilhaq edilib. Cənubi Qafqazda Ermənistan adlı bir dövlət olmayıb, ermənilər sistemli şəkildə Cənubi Qafqaza 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay sülh müqavilələrindən sonra köçürülməyə başlanılıblar. Bununla bağlı çar Rusiyası hökumətinin yüzlərlə sənədi var. Cənubi Qafqazda Ermənistan adlı dövlət 1918-ci ildə türk torpaqlarında yaradılıb, ilk adı Ararat Respublikası olub”.
APA qeyd edir ki, “məqalə”də “Dağlıq Qarabağ Respublikası”nın “müstəqillik tarixi” də təhrif olunub: “Yaxın onilliklərdə baş vermiş hadisələr və faktlar ermənilərin xeyrinə saxtalaşdırılıb, əhalinin əksəriyyətinin ermənilərdən ibarət olduğu qeyd edilib. Çox təəssüf ki, bu Rusiyanın aparıcı agentliklərindən birində Azərbaycanın ərazi bütövlüyü əleyhinə yönəlmiş ilk informasiya təxribatı deyil. 2013-cü ilin fevralında da agentliyin müəllifi Vadim Dubnov tərəfindən yazılan “Dağlıq Qarabağ 25 il ərzində tanınmamağa öyrəşmişdir” adlı məqalə dərc olunub. Həmin hadisə rəsmi Bakının Rusiyaya etiraz notası verməsi ilə nəticələnib. Notadan sonra agentlik yazını saytdan çıxarıb. “RİA Novosti” agentliyinin atdığı bu addım iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin ruhuna da uyğun gəlmir. Azərbaycan və Rusiya prezidentlərinin yürütdüyü siyasət nəticəsində iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və tərəflər qarşılıqlı maraqlara əsaslanan bu münasibətləri daha yüksək səviyyəyə qaldırmağın vacibliyini dəfələrlə vurğulayıblar. Rusiyanın nüfuzlu informasiya agentliyinin dövlətlərarası münasibətlərin dostluq ruhuna zidd olan mövqe nümayiş etdirməsi göstərir ki, bəzi media orqanları dövlətin deyil, müəyyən qrupların maraqlarından çıxış etməyə üstünlük verirlər.
Medianın qrup maraqlarından çıxış etməsi təkcə dövlətlərarası münasibətləri zədələmir, bu kimi özfəaliyyətin zərbəsi son nəticədə həmin media qurumunun özünə dəyir. Rusiyanın ən yaxın tarixi belə faktlarla kifayət qədər zəngindir və “RİA Novosti” agentliyi praqmatik maraqlardan deyil, qrup maraqlarından çıxış etməzdən əvvəl belə faktları nəzərə almalıdır”. Xatırladaq ki, hazırda agentliyin baş direktoru Dmitri Kiselyov, baş redaktoru isə Marqarita Simonyandır.

 

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Tags: SAVAŞ
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bu yayın ən bahalı on transferi

Next Post

Rus siyasətçidən Rasmussenə mesaj

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

Rus siyasətçidən Rasmussenə mesaj

Ulduzların matçı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.