Ermənistanın sabiq prezidenti, müxalif “Hayastan” blokunun lideri Robert Köçəryan prezident postuna namizədliyini irəli sürməyəcək.
Elchi.az-ın xəbərinə görə, bu barədə TASS “Hayastan” blokunun nümayəndəsi, deputat Aqnessa Xamoyana istinadən məlumat yayıb.
“Robert Köçəryan prezidentliyə namizədliyini irəli sürməyəcək. Bloka gəlincə, biz öz namizədimizi irəli sürmək imkanını müzakirə edirik”, – deputat vurğulayıb.
Qeyd edək ki, Armen Sarkisyan yanvarın 23-də prezident postundan istefa verib.






