Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk, mərkəzi Kahramanmaraşda baş verən və 10 vilayətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Türkiyə və Suriyada həlak olanlarla həmrəyliyə çağırıb.
Elchi.az xəbər verir ki, çərşənbə günləri Vatikanda keçirdiyi plenar iclasda Papa Türkiyədə baş verən və Suriya da daxil olmaqla geniş bir ərazidə təsirli olan zəlzələ fəlakətinə toxunub.
Papa Fransisk, “Hazırda fikirlərim minlərlə insanın ölümünə və yaralanmasına səbəb olan zəlzələdən ciddi şəkildə təsirlənən Türkiyə və Suriya xalqları ilədir. Onlar üçün güclü hisslərlə dua edirəm” deyib.
Hər kəsi bu fəlakət qarşısında zəlzələ bölgələri ilə həmrəylik nümayiş etdirməyə dəvət edən Papa, “Gəlin birlikdə dua edək ki, bu qardaş və bacılar bu faciə qarşısında irəliləyə bilsinlər” deyib.
Papa, həmçinin əlverişsiz hava şəraiti, yolların ciddi zədələnməsi kimi çətinliklərlə üzləşən və bu çətin şəraitdə həyatını xilas etməyə çalışan yardım işçilərinə təşəkkür edib və onlar üçün dua etməyi xahiş edib.
Papa əlavə edib ki, Ukraynada davam edən müharibəni unutmamalıdırlar.
Şayəstə





