Hazırda Səudiyyə Ərəbistanının “Al Nasr” komandasında top qovan məşhur futbolçu Kristiano Ronaldo 1 milyard dollar cərimələnə bilər.
Elchi.az xəbər verir ki, buna səbəb portuqaliyalı ulduzun “Binance” kriptovalyuta şirkəti ilə olan əməkdaşlığıdır.
Belə ki, CR7 platformalarındakı reklamlarında izləyicilərini “Binance” kriptovalyuta birjasına yönləndirdiyi üçün ABŞ birjası böyük itkilərlə üzləşib.
Zərərçəkənlərin ABŞ məhkəmələrində tələbləri toplamda 1milyard dollardan çox olduğu bildirilir.






