
“Real Madrid”in sabiq qapıçısı Aqustin Rodriqez “Kral klubu” ilə bağlı maraqlı açıqlamalar verib.
ANS PRESS-in məlumatına görə, veteran futbolçu qapıçı İker Kasilyas və Kriştiano Ronaldonun mövsüm sonunda komandadan ayrılacağını iddia edib.
İspaniyanın nüfuzlu nəşrlərindən olan “Marca”ya danışan Rodriqez klubdakı son vəziyyəti analiz edib: “Son 1 ildir tənqidlərin mərkəzində olan Kasillas komandadan ayrılacaq”, – deyə o bildirib.
Sabiq qapıçının digər bir şok iddiası Ronaldo ilə bağlıdır. Rodriqezin fikrincə, portuqaliyalı ulduz da mövsümün sonunda klubla yollarını ayıracaq: “Azarkeşlər bu iki ismin gedişinə razılıq verəcək. Bu barədə çərşənbə gününə qədər bir xəbər eşidəcəksiniz”, – deyə A.Rodriqez əlavə edib.



