Rabotinoda şiddətli döyüşlər davam edir.
Elchi.az xəbər verir ki, Zaporojye vilayətinin Rabotino şəhərində şiddətli mövqe döyüşləri davam edir, kəndin böyük hissəsi boz zonaya keçib. Bu barədə “RİA Novosti”yə “Biz Rusiya ilə birlikdəyik” Zaporojye ictimai hərəkatının rəhbəri Vladimir Roqov məlumat verib.
“Rabotinoda şiddətli mövqe döyüşləri davam edir. Bizimkilər cənubdan və qərbdən sıxışdırır”, Roqov deyib.
Siyasətçi qeyd edib ki, hazırda kəndin cənub hissəsi rus hərbçilərinin arxasındadır, orada düşmənin 5 güclü nöqtəsi alınıb. Siyasətçi əlavə edib ki, Rabotinonun çox hissəsi boz zonaya keçib, “düşmən şimal hissədə kök salıb”.
Şayəstə Hüseynova






