O, həmçinin qeyd edib ki, işçilər üzərinə düşən bütün vəzifələri yerinə yetirməkdə davam edirlər.
Elchi.az xəbər verir ki,Ukrayna mətbuatı Zaporojye atom elektrik stansiyasının ətrafında əhali arasında panika yaratmağa başlayıb. “Komsomolskaya Pravda” radiosunda “Biz Rusiya iləyik” hərəkatının rəhbəri Vladimir Roqov ZNPP-də həqiqətən nə baş verdiyini izah edib.
— Zaporojye AES-də vəziyyət əslində sakitdir, işçilər panikaya düşmür. Onlar öz vəzifəsini yerinə yetirirlər. Təhlükəsizliyi Milli Qvardiya və ordumuz təmin edir”, – deyən Roqov radiasiya fonunun normal həddə olduğunu bildirib.
Eyni zamanda, Ukraynanın nəzarətində olan şəhərdə insanlar o qədər informasiya təxribatlarına məruz qalıblar ki, onlar yemək alır və Kiyev mediasının “dəhşətli bir şey” görüntüsü yaratmaq üçün başlatdığı ZNPP-dən canlı yayıma baxırlar.
Şayəstə Hüseynova




