
Azərbaycan prezidenti İlham Əliyev ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
“APA-Economics”in məlumatına görə, R. Abdullayev Azərbaycan Respublikasında neft sənayesinin inkişafındakı xidmətlərinə görə təltif edilib.



