
“Rosbalt” xəbər verir ki, Rövşən Lənkəranski “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşovun həbsindən sonrakriminal aləmdə başlayan müharibənin qurbanı olub.
Rusiya DİN-də olan mənbənin məlumatına görə, Zaxari Kalaşov tutulduqdan sonra onun rəqibləri sayılan Merab Suxumski (Canqveladze) və Rövşən Lənkaranski fəallaşmağa başlayıb. Belə ki, Şakro Molodoyun Aslan Usoyan (Ded Xasan) və Tariyel Oniani (Taro) arasında olan münaqişə ilə əlaqədar “qanuni oğru” tituluna qoyduğu qadağını ləğv ediblər.
Rövşən Lənkəranskinin məhz bu səbəbdən öldürüldüyü ehtimal olunur.



