"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rövşən Lənkəranskiyə həsr olunmuş mahnı istədi, öldürüldü — MƏHKƏMƏ

18 İyul 2017 - 18:09
in CƏMİYYƏT

Bakıda gecə klubunda müştərini bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən Vüsal İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Elchi.az Lent.az-a istinadən verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində barda “DJ” işləyən Abdurrahman Almiyaşov dindirilib.

O ifadəsində qeyd edib ki, barda musiqi kəsiləndə bıçaqlanmanın olduğunu bilib: “Mənim bıçaqlanmadan xəbərim sonradan olub. Səs-küy çox idi. Bu vaxt birdən səs kəsildi, onda bildim ki, dava-dalaş olub”.

Hakimin suallarını cavablandıran şahid qətlə yetirilən şəxsin ona oğru aləminə aid mahnı sifariş verdiyini deyib: “Rövşən Lənkəranskiyə həsr olunmuş mahnıydı. Vermədim. Çünki bar rəhbərliyi tərəfindən icazə verilmirdi. Ümumiyyətlə, oğru aləmi ilə bağlı mahnı səsləndirmirdik. Rəhbərlik özü də deyirdi ki, belə məsələ olanda heç mənə zəng edib narahat etməyin. Mən də o mahnını verə bilmədim, rəhmətlik əsəbiləşib dedi: “Bu mahnı çalınacaq”. Dedim, get icazə al, mən də sifarişi yerinə yetirim. Əlində də bakal var idi. Çıxıb getdi. Bir az keçəndən sonra belə hadisə baş verdi”.

İstintaq materiallarından məlum olur ki, mərhum Nurlan Atakişiyev mahnı sifarişi yerinə yetirilmədiyi üçün daha sonra barda işləyən Vüsal İbrahimovla mübahisə edib. Əvvəlcə əlbəyaxa dava olub. Sonra V.İbrahimov Nurlanı bıçaqlayıb.

Məhkəmə prosesi iyulun 27-də davam edəcək.

Qeyd edək ki, hadisə Nizami rayonu, “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən “Arbotaj” gecə klubunda baş verib.

1991-ci il təvəllüdlü İbrahimov Vüsal Bəhir oğlu işlədiyi barda mübahisə etdiyi müştəri, Tovuz rayon sakini, 1989-cu il təvəllüdlü Atakişiyev Nurlan Azər oğlunu bıçaqlayıb.

Xəstəxanaya aparılan Nurlan Atakişiyev orada dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə cinayət işi başladılıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Kəmaləddin Heydərovun istefa verməsi xəbəri ilə bağlı — RƏSMİ AÇIQLAMA

Next Post

Zakir Həsənov döyüş hazırlığını yoxladı – Fotolar

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Zakir Həsənov döyüş hazırlığını yoxladı - Fotolar

Bu dondurmaların istehsalı dayandırıldı - SİYAHI

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.