"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rövşən Qəmbər Müsavat adında yeni partiya yaradır…

04 Dekabr 2014 - 17:48
in CƏMİYYƏT

Başqan müavini Gülağa Aslanlı: “Onların məqsədinin nə olduğunu bilmirik” ; Rövşən Qəmbər: ” Bu qətiyyən İsa bəyə xəyanət hesab olunmamalıdır”; img1380774

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Müsavat partiyasının keçmiş başqanı İsa Qəmbərin Almaniyada yaşayan qardaşı Rövşən Qəmbərin Hafta.az-a açıqlaması ciddi narahatlıq doğurub. O, aprel ayında Azərbaycana gələcəyini və başqanlığa sabiq namizəd Qubad İbadoğlunun tərəfdarları ilə birlikdə Demokratik Müsavat Partiyası adında qurum yaradacaqlarını bildirib.
Bundan əlavə, Rövşən Qəmbər məlum qurultaydan sonra partiya daxilində yaranan narazılıqlarla bağlı öz etirazını bildirib.
Keçmiş başqanın qardaşının əsas narahatlıq doğuran fikirləri bunlardır: “Aprel ayında Azərbaycana gəlib, Müsavat Partiyasının qurultayını keçirmək niyyətindəyəm. Əgər bu baş tutmasa, Ana Torpaq Partiyasını Müsavatdan ayırıb, Demokratik Müsavat Partiyası adlanacaq yeni siyasi təşkilatın yaranmasında iştirak edəcəyəm. Müsavat Partiyasının qərargahından getmək istəmirik. Biz orada İctimai Palata kimi qurum yaratmışdıq. İsa bəy ya təcili sürətdə Qubad İbadoğlunu, Vurğun Əyyubu, Hikmət Hacızadəni, Ellada xanımı və digərlərini partiyaya dəvət edib, Müsavat Partiyasındakı vəziyyətə yenidən baxacaq, ya da, Qubad bəyin tərəfdarları ilə birlikdə Demokratik Müsavat Partiyasını yaradacağıq. Bu, qətiyyən İsa bəyə xəyanət hesab olunmamalıdır. Biz Azərbaycan üçün, birlik üçün çalışırıq”.
Rövşən Qəmbərin səsləndirdiyi bu fikirlərlə bağlı Müsavatın mövqeyini öyrəndik. Partiya başqanının müavini Gülağa Aslanlı hər bir şəxsin partiya yaratmaq hüququnun olduğunu bildirdi: “Hər hansı bir şəxsin partiya yaratmaq fikri varsa, bu onun özünə məxsusdur. Müsavat Partiyası bununla bağlı hər hansı bir mövqe bildirməli deyil. Rövşən Qəmbər Müsavatın üzvü deyil. Partiya üzvü olmayan insanların təşkilat yaratmaq istəkləri onların hüquqlarıdır. Bu məsələ Müsavatda müzakirə olunmur. Hələ sözlərdən ibarət olan fikirlərə artıq partiyanın yaradılması kimi mövqe bildirmək fikrində deyiləm. Gəlib yaratsınlar. Yaradılandan sonra fikir bildirmək doğru olar. Çünki hazırda nə məqsədlərinin olduğunu bilmirik. Bu halda hər hansı bir söz söyləmək məqsədəuyğun deyil”.
Qeyd edək ki, Rövşən Qəmbər Müsavatın əvvəllər üzvü olub. Aylar öncə onun partiyadan çıxarılması ilə bağlı mətbuatda xəbərlər dolaşmışdı. Başqan müavini Gülağa Aslanlı bu barədə mövqe bildirərək, Rövşən Qəmbərin 2009-cu ildən öz ərizəsi ilə Müsavatdan çıxdığını qeyd etmişdi. Lakin Rövşən Qəmbər deyilənləri təkzib edərək, partiyadan çıxmadığını və xaric edilməsindən xəbərsiz olduğunu bildirmişdi.(Musavat.com)

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Tanınmış siyasətçidən Qarabağla bağlı şok açıqlama

Next Post

“Vətən Müharibəsi Əlilləri” ictimai birliyi yenə də qeydiyyata alınmadı

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

“Vətən Müharibəsi Əlilləri” ictimai birliyi yenə də qeydiyyata alınmadı

Arif Hacılı iddialı danışdı: “Partiyada heç bir rəqibim yoxdur”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.