Rusiyanın ikinci paytaxtı olan Sankt-Peterburqun mərkəzində – Nevski prospektində rublun sürətlə dəyərdən düşməsinə həsr olunmuş aksiya keçirilib. Musavat.com-
un Rusiya informasiya qaynağına istinadən verdiyi xəbərə görə, aksiyanın təşkilatçısı “Vesna” hərəkatı olub.
un Rusiya informasiya qaynağına istinadən verdiyi xəbərə görə, aksiyanın təşkilatçısı “Vesna” hərəkatı olub.Tədbirdə 6 fəal iştirak edib. Onlar tabuta qoyulan rublu prospektin bir hissəsi ilə Sadovıy küçəsinədək apararaq orada Troitski körpüsündən Neva çayına atıblar.
“O, üzüb getdi”, – deyə hərəkatın mətbuat xidmətindən bildiriblər. “Biz istədik ki, rublun kəskin düşməsinə diqqət yönəldək, hansı ucuzlaşma ki, bizim qənaətimizcə, Rusiya hakimiyyətinin siyasətinin nəticəsidir” – hərəkatın nümayəndəsi bildirib.



