"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rüfət Safarov zindandan atasını belə təbrik etdi

04 Yanvar 2017 - 10:12
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Фото Rüfət Səfərov.

Atam Eldar Sabiroğluna

 

Əzizim ata,tale elə gətirdi ki, doğum günündə,özü də 60 illik yubileyində səni şəxsən təbrik edə bilmirəm.Hərçənd bu günlə əlaqədar hələ həbsdən xeyli əvvəl bir plan cızmış,əzizlərimizlə birgə şəhərdən kənara çəkilib,təmtəraqlı məclis düzənləməyi niyyət etmişdim…Əfsus ki,beynimdəkini gerçəkləşdirməkdə acizəm. Nə etməli,görünür qədər beləymiş…
Əziz ata,zindandan da olsa,səni təbrik edir,uzun ömür diləyib,bağrıma basıram.Üzərimdə müqayisə olunmaz dərəcədə haqqın,əməyin vardır,hər nə qədər səy etsəm də fəaliyyətim boyu yalnız səni sevindirim,fəqət bəzən bu baş tutmayıb.Sağdan-soldan vurulduğunu,vaxtaşırı ürəyinin ağrıdığnı bilə-bilə,köhnə “dost”larının yanında fəna duruma salacağımı idrak edə-edə və ən əsası,mənsizliyin səni yandıracağını anlaya-anlaya bu çətin ,lakin şərəfli yolu seçdim.Bu barədə ata-bala dərdləşdiyimiz zamanlar çox danışmış,tab gətirə bilmədiyimi ifadə etmişəm.Yadındamı ata, sonda mənə söylədin ki,” Rüfət uşaq deyilsən sənə məsləhət verim,özün necə təkbaşına götür-qoy edib bu xətti seçibsənsə , elə də məsuliyyətini daşı! Amma unutma ki,hədsiz dərəcədə mürəkkəb işlər səni müşayiət edəcəkdir.Uğurlar sənə…” Bəli,heç şübhəsiz,elə dediyin kimi də oldu.Amma işin bir tərəfi də budur ki,qəti mənada peşiman deyiləm. Hərgah, zamanı geri qaytara bilsək, yenə də məlum qərarı alardım. Çox da uzaq olmayan vaxtda əqidədaşlarımla birgə mülki cəmiyyəti, azad Azərbaycanı qura biləcəyik. Bax,onda bu günləri fərəh hissi ilə anıb,zamanında heş də səhv istiqamət götürmədiyim məlum olacaqdır,əziz ata…
Xatırlayıram,həbsə yenicə alınanda ikimizin də sevimli yazışısı Cingiz Aytmatovun yaradıcılığına bir daha nəzər saldım. Aytmatovun “Dəniz kənarıyla qaçan alabaş” povestində Kirisk atası Əmrayinə sevgisini sözlə ifadə edə bilmirdi. Bu hisslər onun canında,qanında,qəlbininin döyüntülərində idi.Əvvələr Kirisk həmişə fəxr edərdi ki,atasına oxşayır,onu təqlid edər və atası kimi olmağı arzulayardı,lakin sonradan o,başa düşürdü ki, atası elə onun özüdür,elə onun başlanğıcıdır,o isə atasının davamıdır. Mən də belə yazıram: bəli, Eldar Sabiroğlu elə Rüfət Səfərovun özüdür, elə onun başlanğıcıdır. Rüfət Eldaroğlu isə Eldar Sabiroğlunun davamıdır. Konkret mənada əziz ata,sənə olan məhəbbətim nəinki qanımda,iliyimdəmişdir ki, bunu da soyuq divarlar arasında tam ciddiyəti ilə anladım…
Ata, bir daha doğum gününü qutlayır, cismim barmaqlıqlar arasında səni qucaqlamaqda aciz olsa da ruhum bağrına basır! Və son dərəcə rica edirəm ki, məndən ötrü qəm eləmə, mütləq bu çətin anlar bitəcək,mütləq hər şey təhərinə düşəcək. Tezliklə azadlıqda görüşüb,əllərindən öpəcəyimə,ədalətin zəfər çalacağına zərrə qədər şühbəm yoxdur. 100 yaşa!

 Xatırladaq ki, bu təbriki Rüfət vəkili Bəhruz Bayramla Kürdəxanı
təcridxanasında görüşərkən ona təqdim edib.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Uşaq əkiz qardaşını belə xilas etdi – Video

Next Post

PKK-nın mövqeləri bombalandı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

PKK-nın mövqeləri bombalandı

İraqda iki İŞİD lideri məhv edilib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.