Rumıniya 321 milyon dollara 18 ədəd “Bayraktar” pilotsuz uçuş aparatı alacaq.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyənin Buxarestdəki səfiri Özgür Kıvanç Altan məlumat verib.
“Dostumuz, Qara dəniz qonşumuz və NATO müttəfiqimiz olan Rumıniya Bayraktar TB2 SİHA-nı arsenalına əlavə edir. Çoxlu döyüşlərin öhdəsindən gəldiyi bu strateji potensial Rumıniya ilə strateji tərəfdaşlığımızın yeni təzahürüdür”, – deyə Altan “Twitter”də yazıb.
Xatırladaq ki, ötən ilin sentyabrında Rumıniyanın Müdafiə Nazirliyi “Bayraktar”ı təxminən 300 milyon dollara almaq niyyəti barədə ərizə dərc edib. Departament Rumıniya parlamentinin təsdiqini gözləyirdi.
Yeganə




