Rumıniyada yol tikintisi işləri zamanı baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb.
Elchi.az xəbər verir ki, səlahiyyətlilər partlayışın yerli vaxtla saat 01:00 radələrində ölkənin cənubundakı Valça bölgəsindəki Kalimanesti şəhərində baş verdiyini açıqlayıb.
Yol tikintisi zamanı fəhlələr təbii qaz xəttini zədələyib və baş verən partlayış nəticəsində 4 nəfər ölüb.
Hadisə zamanı yaralanan 5 nəfər Adjud qəsəbəsindəki xəstəxanaya aparılıb.
Yanğınsöndürmə işləri zamanı partlayışın baş verdiyi ərazinin bir hissəsi nəqliyyata bağlanıb.
Şayəstə Hüseynova





