Bu gün günortadan sonra Rumıniyada 4,1 bal gücündə zəlzələ qeydə alınıb.
Elchi.az bu barədə Mk.ru-ya istinadən xəbər verir.
Yeraltı təkanlar ölkənin şərq hissəsində, Rumıniyanın paytaxtı Buxarestdən təxminən 120 kilometr aralıda baş verib.
Xatırladaq ki, bundan əvvəl, zəlzələ Fransanın qərb hissəsində baş verib. Bir nəfər yüngül xəsarət alıb, bir neçə binaya ziyan dəyib.
Yeganə





