Rumıniya Azərbaycan qazının alıcılarından biri olmaqda maraqlıdır.
Elchi.az xəbər verir ki, bu barədə Bakıda jurnalistlərə Rumıniyanın energetika naziri Virgil Daniel Popesku bildirib.
Onun fikrincə, Azərbaycan və Rumıniya bir neçə layihələr çərçivəsində əməkdaşlıq edə bilər, onların sırasında Canub Qaz Dəhlizi də var.
Virgil Daniel Popesku qeyd edib ki, Rumıniya Azərbaycan qazının ixracında maraqlıdır və hazırda bu sahədə danışıqlar gedir: “Rumıniya qaz mənbələrinin şaxələndirilməsində maraqlıdır və bu istiqamətdə müvafiq nəql infrastrukturunun yaradılması sahəsində işlər aparılır”.
Nazirin sözlərinə görə, ölkə özünün kiçik də olsa, qaz resurslarının işlənilməsi istiqamətində də fəaliyyət aparılır.






