Rumıniyanın Ermənistandakı səfiri Sorin Vasilie vaxtından əvvəl geri çağırılıb.
ANS press-in məlumatına görə, Rumıniya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Sorin Vasilienin Ermənistanın Amerika Universitetindəki konfrans zamanı etdiyi çıxışı ilə əlaqədar geri çağrıldığı bildirilir.
Qeyd edək ki, Sorin Vasilie konfrans zamanı antisemitizm və homofob bəyanatı ilə diqqəti cəlb etmişdi. Sonradan işlətdiyi ifadələrə görə səfir üzr istəsə də, Rumıniyanın antisemitizmə qarşı mərkəzi Sorin Vasilienin geri çağrılmasını tələb etmişdi.



