Tehranda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Bagiri Rusiya müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fominlə görüşüb. Tərəflərin İrandan Rusiyaya PUA və raketlərin yeni tədarükünü müzakirə etdiyi ehtimal olunur.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Ola bilsin ki, onlar Ukraynada istifadə olunması üçün İran PUA və raketlərinin Rusiyaya satışını müzakirə ediblər. Bagiri baş komandan və hərbi siyasət və strateji istiqamətə cavabdehdir”, – məlumatda qeyd olunub.
Kəlbəcərin Baş planı təsdiqləndi
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib. Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...




