"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rus generalından sensasion xəbərdarlıq: “Kremlin yeni hədəfi Azərbaycan ola bilər”

24 Fevral 2016 - 13:08
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Rus generalından sensasion xəbərdarlıq: “Kremlin yeni hədəfi Azərbaycan ola bilər”
Rusiya ilə Türkiyə arasında hərbi qarşıdurma ehtimalı öz ciddiliyini saxlayır. İki ölkə arasında ötən ilin 24 noyabrında “Su-24” təyyarəsinin vurulması insidenti ilə korlanan münasibətlər Suriyada atəşkəslə bağlı ümidverici xəbərlər fonunda öz kəskinliyini nisbətən azaltsa da, ekspertlər, politoloqlar təhlükənin hələ sovuşmadığı qənaətindədirlər. 
Bir çox analitiklər son vaxtlar bu təhlükənin Güney Qafqaza və Azərbaycan-Rusiya münasibətlərinə və Dağlıq Qarabağ məsələsinin həll perspektivinə də neqativ inikasından tez-tez danışırlar. Çünki həm Türkiyə, həm də Rusiyanın bu münaqişənin əsas tərəflərinə – Azərbaycana və Ermənistana mühüm təsir imkanları qalır.
“Azərbaycan Rusiyanın hərbi ekspansiyası üçün növbəti hədəf ola bilər”. Musavat.com-un məlumatına görə, bu fikri istefada olan rus general-mayoru, Atlantik Şuranın prezidenti Vadim Qreçaninov “Obozrevatel” nəşrinə açıqlamasında bildirib.
Türkiyə baş naziri Əhməd Davudoğlunun “Rusiya ordusu Azərbaycana girə bilər” sözlərini şərh edən general deyib: “Bu, tamamilə mümkündür”. Bununla bağlı Qreçaninov ardınca söyləyib: “Vaxtilə Qərbi Sibirdə yeni neft yataqlarının mənimsənilməsinə kimi Azərbaycan Sovet İttifaqının neft sənayesi mərkəzi olub. O vaxt Azərbaycanda neft buruqlarını qorumaq üçün hava hücumundan müdafiə vasitələri, çoxlu sayda hərbi texnika yerləşdirilmişdi. Sibir nefti kəşf ediləndən sonra buna ehtiyac aradan qalxdı, çünki bu, bahalı məşğuliyyət idi”.
Bəs Azərbaycanı Moskvanın hədəfinə gətirən nə ola bilər? Rusiyalı general: “Azərbaycan İranla “qohumluq əlaqələrinə” malikdir. Çoxlu sayda azərbaycanlı İranda yaşayır və əksinə. Bundan əlavə, Bakı Qərblə fəal şəkildə diplomatik əlaqələri inkişaf etdirir. Bu isə Rusiyanın maraqlarına bir elə uyğun deyil. Yəqin ki, səbəbi burda axtarmaq lazımdır”.
İstefada olan generalın fikrincə, bu gün Qara dəniz hövzəsində NATO-nun üç üzvü, ona can atan üç ölkə və alyansa qarşı duran Rusiya təmsil olunub: “Beləcə, Qara dəniz Putin üçün “dəlik” rolundadır. Məsələ ondadır ki, Rumıniya və Bolqarıstan NATO-ya üzv olanadək vəziyyət paritet idi. Ancaq iki ölkə alyansa qoşulan kimi hövzədə üç NATO üzvü, can atan üç ölkə (Gürcüstan, Moldova, Ukrayna) və Rusiya oldu”.
Ekspertə görə, Türkiyə Qara dənizdə hərbi donanmasına görə ən güclü dövlət olub: “Üstəlik, boğazlar da onun nəzarətindədir. Ancaq Rusiya hazırda orada öz donanmasını gücləndirir. NATO da Rumıniya və Bolqarıstan üçün burada gəmilərinin sayını artırır. Odur ki, əgər Rusiya ilə NATO ölkələrinin Qara dənizdə qarşıdurmasından danışsaq, Rusiya, əlbəttə ki, uduzur”.
Mövzunu davam etdirən rus general daha sonra deyib: “Türkiyə və Ukraynanın əməkdaşlığı yeni məna kəsb eləməkdədir. Türkiyə Ukraynanın NATO-ya üzvlüyü ideyasının əsas ötürücüsüdür. Əgər biz qüdrətli və Rusiyaya münasibətdə kifayət qədər açıq olan bir NATO dövləti ilə (Türkiyə ilə – red.) əməkdaşlıq eləsək, məncə, bu, fayda gətirər”.
General daha bir fakta diqqət çəkib: “Bu gün Türkiyənin alyansda statusu ciddi şəkildə artıb. Bu, həm də Suriyadakı situasiya ilə bağlıdır. Üstəlik, Avropa və Asiyanın sərhədində yerləşən bu Asiya dövlətinin Qara dənizə çıxışı var. Bütün bunlar böyük əhəmiyyət daşıyır”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakı Olimpiya Stadionu 2015-ci ilin ən yaxşı arenaları səsverməsində 7-ci yeri tutub

Next Post

Daha bir yol təmir olunub

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Daha bir yol təmir olunub

Sabahın hava proqnozu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.