Yaxın perspektivdə neftin qiyməti 40 dollardan baha olacaq.
Axar.az xəbər verir ki, bunu “Vedomosti” qəzetinə müsahibəsində rusiyalı milyarder Viktor Vekselberq deyib. O, neft bazarındakı tələb-təklif dalğalanmasına görə qiymətlərin cüzi dəyişəcəyini, lakin yenidən müəyyən səviyyədə qalacağını bildirib:
“Yaxın perspektivdə neftin qiymətinin barrelə görə 30 dollara düşəcəyinə inanmıram. Bu, az ehtimal olunur. Tələb-təklif balansındakı bəzi dalğalanmalar cüzi dəyişikliyə səbəb ola bilər. Lakin dəqiq qənaətimə görə, qiymətlər 40 dollardan baha olacaq”.
Qeyd edək ki, bu gün “Brent” markalı neft bahalaşaraq 40,68 dollar olub.




