Rusiya Prezidenti Vladimir Putin və onun ətrafı könüllü şəkildə hakimiyyətdən imtina etməyəcək.
Axar.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı politoloq Andrey Piontkovski çıxış edib.
“Rusiyada biznesmenlər son onilliklər ərzində siyasi və iqtisadi hakimiyyətə bağlı olmağa başlayıb. Putinin çoxillik fədakarlığı olmasaydı, maliyyə imperiyası mövcud ola bilməzdi. Putinin səyi nəticəsində Abramoviç, Timçenko, Kovalçuklar, Rotenberqov, Çemezov, Çubays, Kostindən ibarət milyarderlər imperiyası yarandı. Bunlar Rusiya iqtisadiyyatının “qara deşik”ləridir. Görünən budur ki, Putin və onun briqadası heç vaxt könüllü olaraq hakimiyyətdən imtina etməyəcək”, – politoloq qeyd edib.




