"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rus politoloqdan təyyarə böhranı haqda sensasion açıqlama – “Günah türkmənləri qətlə yetirən Putindədir”

28 Noyabr 2015 - 09:57
in XƏBƏR LENTİ

Artıq bir neçə gündür ki, dünya mətbuatı Rusiya ilə Türkiyə arasında dövr edən təyyarə böhranından danışır.
Avropa.info xəbər verir ki, Rusiyanın tanınmış tarixçisi, politoloqu tarix elmləri doktoru Andrey Zubov da məsələyə özünəməxsus tərzdə münasibət bildirib.
A. Zubovun məsələylə bağlı açıqlamasını olduğu kimi sizə təqdim edirik:
“Dünən mənim dostumun evinə yaxınlığında, Türkiyə səfirliyini qarşısına Rusiya təyyarəsini vurulmasına etiraz edən insanlar toplaşmışdı. Qışqırıqlar eşidilirdi: “Türkiyəyə gedən vətənpərvər deyil”, “Türkiyə İŞİD-in müttəfiqidir”, “Bizim bir təyyarəmizə 10 türk” və s. Yenə də Georgi lenti paylanırdı. Bu aydındır, ilk növbədə təyyarənin vurulması və pilotlardan birinin ölməsinə ilk emosional reaksiya idi. Allaha şükür ki, biz ikincinin sağ olduğunu bilirik. Ancaq “aydın olan” hələ “düz olan” demək deyil. Amma hisləri ağılla idarə etsəydilər o zaman Türkiyə səfirliyinin qarşısına yox, Köhnə meydana getməli idilər. 
Hansı ki, bolşeviklər oranı özününküləşdirmişdilər, sonra isə Rusiya prezidentləri öz administrasiyalarına çevirdilər. Köhnə meydana getmək lazım idi, ona görə ki, bizim əsgərlər türklər və ya suriyalıların günahı ucbatından ölmür. Rusiyanı sonu nəzərə almadan növbəti beynəlxalq təxribata sürükləyən Kremlin günahı ucbatından ölür. Həqiqətdə nə baş verdi? Putin bəyan etdi ki, Rusiya terrorizmə qarşı mübarizə aparır və öz ordusunu Suriyaya göndərdi. Əslində isə Putin Bəşər Əsədin hakimiyyətinin saxlanılması uğrunda onun bütün düşmənlərinə qarşı mübarizə aparır. Əsədin hakimiyyətinə isə ölkə əhalisinin minimum 80 faizi və Suriyanı əhatə edən bütün sünni ölkələri qarşıdır. Beləliklə cənab Putin öz düşünülməmiş addımı ilə Suriya xalqının böyük əksəriyyətinin, Ərəb Ölkələri Liqasının və Türkiyə ilə münasibətlərin korlanmasına gətirib çıxarıb.
Əsədin müttəfiqləri İran, Livan hərəkatı olan Hizbullah, İraqın müəyyən şiə əhalisidir. Bu kampaniyaya indi Rusiya da qoşuldu. Osmanlı imperiyasının keçmiş mərkəzi kimi Türkiyə üçün onun keçmiş təsir dairəsinə mənsub olan əyalətlərə kimin gəlməsi heç də əhəmiyyətsiz deyil. Xüsusilə də Suriyada. Suriya ilə sərhəd sanki Ukrayna Donbasının Rusiya üçün əhəmiyyətli olduğu qədər əhəmiyyətlidir. Bir an təsəvvür edək ki, Poroşenko Ərdoğandan Donetskdə olan separatçılara qarşı mübarizədə kömək istəyib. Çerkasda türk bazası yaradıb və oradan Donestk və Luqanskı vurur. Bu Putinin xoşuna gələrdimi və nəticəsi necə olardı?
Türklər çox dözümlüdür. Onlar 2 ay Rusiyadan xahiş etdilər ki, İŞİD-lə mübarizə aparsın, sünni müxalifətinin olduğu əraziləri bombalamasın. Orda türkmənlər var, Suriya türkləri olan bu insanlar ənənəvi olaraq Türkiyə tərəfindən dəstəklənir. Ancaq Əsəd Türkiyəyə də, suriyalı türkmənlərə də nifrət edir. Putin isə Ərdoğana yox, Əsədə qulaq asdı. Prezidentlər arasında son görüş bir neçə gün əvvəl Antalyada keçirildi. Ancaq rus təyyarələri bombalamaqda davam etdi. Rus təyyarələri Laziqiyyədəki türkmən kəndlərini bombaladı. Bu da nəticəsi. Türklər təyyarəni vurdular. 
Neçə müddətdir ki, qohumları öldürülən yerli əhali də rus pilotu öldürdü. Kimdir günahkar? Günah Suriya ilə sərhədi olan Türkiyədə deyil, günah bütün maraqlı ölkələrlə razılaşdırmadan orada riskli oyun aparan Rusiyadadır. Türklər istəmir ki, onların soydaşları Suriyada Rusiya güllələrindən ölsün, Türkiyədə suriyalı qaçqınların sayı artsın.
Ancaq Rusiya niyə Türkiyə ilə görüşə getmir- bu düyündür. Təxribata görə cavab isə bizimkilərin ölümüdür. İndi nə etmək lazımdır? Başlıcası odur ki, türkləri, yaxud türkmənləri cəzalandırmaq lazım deyil. Onları başa düşmək lazımdır. Əgər Rusiya bunu düşünməsə özünü antiterror koalisiyasından tamamilə uzaqlaşdıracaq və Əsədin müttəfiqi olacaq.”

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

ABŞ-da qanlı atışma: 3 ölü, 9 yaralı

Next Post

Ərdoğan Putini “odla oynamamağa” çağırdı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Ərdoğan Putini “odla oynamamağa” çağırdı

Ərdoğandan Putinə daha bir xəbərdarlıq - "Biz çağrılmamış qonaq gözləmirik"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.