İsrail vətəndaşlığını alan ruslar bu ölkədə həm kişilər, həm də qadınlar üçün məcburi hərbi xidməti haqqında düşünməlidirlər. Elchi.az xəbər verir ki, bunu Lenta.ru ilə söhbətində Dövlət Dumasının deputatı Aleksey Çepa deyib. O, həmçinin etiraf edib ki, Rusiyadan gələn mühacirlərin İsrail ordusu sıralarında çox olması statistikanın özəllikləri ilə bağlıdır.
“Düşünmürəm ki, Rusiyadan xüsusi hərbi əməliyyatda iştirakdan qaçan insanlar kütləvi şəkildə İsrail vətəndaşlığını ala bilərlər. Ölkəmizdən gələn çox sayda miqrantın İsrail ordusunun sıralarında olması statistik xüsusiyyətlərdən qaynaqlana bilər. SSRİ-nin dağılmasından sonra xeyli sayda miqrant İsrailə gedib”, – deyə Çepa bildirib.
“Orduda xidmətlə yanaşı, mütəmadi olaraq həyata keçirilən məcburi ödənişlər də var. Üstəlik, orduda xidmət etməmisənsə, dövlət qulluğunda yüksəlmə imkanları son dərəcə məhduddur”, – deyə deputat əlavə edib.
Əvvəllər məlum olub ki, İsrail ordusuna cəlb olunanlar arasında Rusiyadan gələn mühacirlər daha çox olub. 500-ə yaxın yeni əsgər yeni mühacirdir. Miqrant əsgərlərin çoxuğusu Rusiya, ABŞ, Efiopiya, Ukrayna və Fransadan olduğu qeyd olunur.
Havar Şəfiyeva






