"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rus qoşunları sərhədə gəlir: Bakının strateji manevrləri

29 İyul 2021 - 10:04
in XƏBƏR LENTİ

Putin Təhlükəsizlik Şurasının iclasında Azərbaycan-Ermənistan sərhədində baş verənləri müzakirə etdi: Moskvanın Bakı və İrəvan arasında atəşkəsə nail olduqdan dərhal sonra TŞ-nin iclasını keçirməsi Rusiya qoşunlarının Kəlbəcər istiqamətində (Söyüdlüdən Xəzinəvara qədər) yerləşdirilməsinə hazırlıq getdiyi ehtimalını önə çıxarır və yaxın günlərdə bunun şahidi ola bilərik.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Bu, proseslərin inkişafını təxmin etməyə imkan verir:

– rus qoşunları bölgəyə yerləşdirildikdən sonra tərəflər olduqları mövqelərdə qalır;

– sərhədin Kəlbəcər istiqamətində delimitasiya həyata keçirilir, ardınca müqavilə ilə rəsmiləşir;

– Moskva Paşinyanın təklif etdiyi “beynəlxalq müşahidəçilər”in – ABŞ və Fransanın bölgəyə girişinin qarşısını alır;

– Bakı dövlət sərhədini de-fakto və de-yure bərpa edir: bu, İrəvanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması deməkdir.

Açıq qalan sual var: Rusiyanın sərhəddə dayanmaq istəyi nədən qaynaqlanır?

Bu ilin mayında Lavrovun bölgəyə səfəri, ardınca Qaragöl ətrafında bu gün də davam edən gərginliyin başlanması zamanı yazmışdıq: Rusiyaya bölgədə qalmaq üçün uzunmüddətli səbəb lazımdır.

– Moskva anlayır ki, 30 il ərzində bölgədə təsir rıçağı olaraq istifadə etdiyi Qarabağ məsələsi bitib və bundan yalnız yaxın perspektiv üçün istifadə edə bilər;

– Moskva anlayır ki, Bakı Qarabağa “status” verməyəcək, altına imza atdığı üçtərəfli razılaşmanı icra etməlidir, rus sülhməramlılarının 5 ildən sonra bölgədə qalması sual altındadır;

– Moskva onu da anlayır ki, geosiyasi dəyişiklikdə Azərbaycan güclü olan tərəfdədir və Bakı-Ankara ikilisi ilə toqquşmaq yox, əməkdaşlıqda fayda var, bu, həm də bölgədə maraqlarını qorumaq baxımından əhəmiyyətlidir.

Və qoşunlarını iki ölkənin sərhədinə çıxarmaqla iki hədəfə nail olur: Ermənistanın əlindən çıxması riskinin qarşısını alır: ruslar üçün Ermənistanda Qərb yox, kommunikasiyanın bərpası, sərhədlərin açılmasından sonra Türkiyə faktoru daha təhlükəlidir; bölgədə uzunmüddətli təsir rıçağı əldə edir.

Rusiya qazanan tərəfdir, amma Bakı hansı manevrləri edir?

1. Rusiyanın əli ilə Ermənistan üçün yeni imkanlar aça biləcək “beynəlxalq müşahidəçi” planını sıradan çıxarır;

2. Rusiyanın vasitəçiliyi ilə sərhədlərin delimitasiyasını həyata keçirir;

3. Rusiyaya bölgədə uzunmüddətli imkanlar açmaqla zamanı çatanda Qarabağdan – Azərbaycanın sərhədləri daxilindən çıxmasına zəmin yaradır;

4. Gərginliyi Azərbaycan daxilindən Ermənistan daxilinə köçürür.

Və belə görünür ki, Əliyevlə Putin anlaşa bilib. Əliyevin Xankəndi, Xocalı və Xocavənd məsələsini rəsmi şəkildə bitirən fərmanı imzaladıqdan sonra Moskvaya getməsi və ardınca baş verənlər də bu ehtimalı gücləndirir.

Bakı Moskvaya tam güvənməyin də yanlış olduğunu bilir və Türkiyə faktorunun oyuna daxil edilməsi həm Qarabağda, həm də sərhəddə mümkün risklərə qarşı hesablanıb.

MüəllifAsif Nərimanlı
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Next Post

Sərhəddə atışma: daha bir erməni əsgər yaralandı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Sərhəddə atışma: daha bir erməni əsgər yaralandı

Deputat sərxoş halda polisi döydü: DİN-dən açıqlama - Video

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.