"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rus tarixçidən etiraf: “Xocalı soyqırımı olub və rus əsgərləri günahkardır”

24 Fevral 2016 - 10:19
in aktual-banner, Banner, MANŞET

Rusiyalı akademik, məşhur tarixçi Yuri Pompeyev Xocalı soyqırımı haqda danışıb. Qeyd edək ki, “Qarabağ gündəliyi” və “Qarabağın qanlı burulğanı” kimi tarixi monoqrafiyaların müəllifi olan Y. Pompeyev Xocalı hadisələrini öyrənən tarixçilərdəndir.

“Moscow-baku” portalına istinadən həmin müsahibəni təqdim edirik.

– Xocalı hadisələrinə soyqırımı demək mümkündürmü?

– Bəli, tamamilə belə demək olar. Silahsız insanlar, uşaqlar məhv edildi. Həmçinin insanlar milli mənsubiyyətinə görə öldürüldülər. Azərbaycanlılara qarşı göz qabağında törədilən bu hadisə əsl soyqırımı idi. Bu hərbi cinayətin bir gün mühakimə olunacağı dəqiqdir.

O dövrə qədər Xocalıda məshəti türklər də yaşayırdı. Bu xalq Stalin tərəfindən Fərqanə vadisinə sürgün edilmiş, 80-ci illərin sonlarında Qafqaza qayıtmışdı. Bu xalq böyük faciələrlə üzləşib. Onlar Xocalıda da tankların altında əzildilər.

“Qarabağ gündəliyi”ni yazarkən mən həmin faciədən sağ qurtulan insanlarla görüşürdüm. Onlardan bir çoxu hələ o zaman uşaq, yaxud gənc idilər. Onlarda bu faciədən psixoloji sarsıntılar qalmışdı. Məsələn, bir qız normal nitqini itirmişdi. Bu, dəhşətli idi.

– Sizin fikrinizcə, ermənilərin Xocalı əməliyyatının hədəfləri nə idi?

– Ermənistan prezidenti Serj Sarkisyan britaniyalı jurnalist Tomas de Vala müsahibəsində “Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar və biz dinc əhaliyə əl qaldırmayacağıq. Amma biz bu stereotipi sındıra bildik” deməklə bu hədəfi aydın ifadə etdi.

– Bəziləri “Xocalıya ədalət!” kampaniyasının “erməni soyqırımı”nın tanınmasına cavab olduğunu hesab edirlər. Siz necə düşünürsünüz?

– Mən bunun hansısa cavab olduğunu düşünmürəm. Bu, azad kampaniyadır və məqsəd həqiqətlərin çatdırılmasıdır. Leyla Əliyevanın başlatdığı bu kampaniya nəticəsində Rusiyadan başlamış, Avropa və Amerikaya kimi bir çoxları Xocalı həqiqətləri haqda məlumatlar əldə edib. Hesab edirəm ki, kampaniyanın Rusiyada aparılması da əhəmiyyətlidir. Çünki o vaxt Rusiyanın 366-cı alayının tankçıları və əsgərləri də bu qırğında iştirak ediblər. Onların ya içkinin təsiri altında, ya da təzyiqlə bu addımı atmalarının heç bir fərqi yoxdur. Bu haqda rusiyalılar da bilməlidir.

– İki xalq arasında barışıq mümkündürmü?

– Barışıq sadə insanlardan başlamalıdır. Sadə vətəndaşlarla hərbi cinayətkarları və terrorçuları ayırmaq lazımdır. Müharibəyə qədər insanlar bir yerdə yaşayırdı. Ailəvi dost idilər. Hesab edirəm ki, əvvəl-axır azərbaycanlılarla ermənilər barışacaq. Çünki onlar qonşudurlar. Sadəcə olaraq bunun üçün nümunələr lazımdır. Bakıda Avropa Oyunları zamanı Azərbaycan Prezidenti İlham Əliyev erməni idmançıya medal təqdim etdi. Həmin vaxt tribunadan fit səsləri eşidildi və İlham Əliyev əl işarəsi ilə insanları sakitləşdirdi. İnsanlar Prezidentin bu işarəsindən sonra fiti alqışlarla əvəzlədilər. Bu çox gözəl nümunə idi.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

`Formula-1`də qaydalar dəyişdi

Next Post

“Oğlum günahsızdır…”

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

“Oğlum günahsızdır...”

Mərkəzi Bank bankların təlabatını ödəyə bilmədi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.