"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rus-Türk gərginliyinin Azərbaycana açdığı imkan – TƏHLİL

04 Dekabr 2015 - 12:41
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Rusiya təyyarəsinin Türkiyə qırıcısı tərəfindən vurulmasından sonra iki ölkə arasında münasibətlərin gərginləşməşi Azərbaycan iqtisadiyyatı üçün unikal imkan yaratdı. Türkiyədən Qazaxıstan və Orta Asiya respublikalarına daşınan malların Rusiya ərazisinə keçidinə qadağa qoyulması çoxdandır haqqında danışılan və reallaşdırılması üçün ciddi əmək sərf olunan Böyük İpək Yolunun Azərbaycan ərazisindən keçməklə reallaşmasını mümkün etdi.

Türkiyədən ixrac olunan malların Rusiya ərazisindən deyil, Gürcüstan-Azərbaycan-Xəzər dənizi-Qazaxıstan marşrutu ilə daşınması qərara alındıqdan sonra belə bir məlumat yayıldı ki, Çin və Türkiyə şirkətləri arasında qeyd olunan marşrut üzrə malların daşınması haqqında razılıq əldə olunub, eyni zamanda, Gürcüstan, Azərbaycan və Qazaxıstan tərəfi də bu layihəyə qoşulmaq qərarına gəliblər. Artıq 2016-cı ildən etibarən daşınmalarının başlanacağı gözlənilir.

Azərbaycanın, eləcə də digər post-sovet respublikalarının maraqları baxımından bu layihənin reallaşması davamlı iqtisadi inkişafın təmin edilməsi deməkdir. Faktik bu üç respublika iki qlobal ticarət mərkəzi arasında körpü funksiyasını həyata keçirəcəklər ki, bunun ölkələr üçün böyük iqtisadi gəlirlər vəd etməklə yanaşı, qlobal mənada geostrateji əhəmiyyətlərinin artması deməkdir.

Bu, prezident İlham Əliyevin öz çıxışlarında geosiyasi və iqtisadi əhəmiyyəti barədə danışdığı, Azərbaycanın müəllifi olduğu Bakı-Tbilisi-Qars dəmir yolu və TANAP layihələrinin qlobal iqtisadi sistemə daxil olması, Azərbaycanın dənizdə tikdiyi ticari limanların beynəlxalq ticarət obyektinə çevrilməsi, Azərbaycanın istehsalına başladığı sərnişin və yük gəmilərinə tələbatın olması deməkdir.

Eyni zamanda, bununla İran Avropa bazarına çıxış əldə etmək üçün, Rusiya isə cənubdan gələn malları almaq üçün Azərbaycandan asılı düşəcək. Və nəhayət, Ermənistan əbədi olaraq iqtisadi dalana düşəcək, dalandan çıxış yolu isə yalnız Azərbaycan və Türkiyə vasitəsilə olacaq.

Yeni iqtisadi planın tərkib hissəsi olan “Azərbaycanın Rusiyadan qorxmayaraq, Türkiyəyə qucaq açması”, əslində prezident İlham Əliyevin xırdalığına qədər hesablanmış, və bütün geostrateji amilləri nəzərə almaqla apardığı siyasətin nəticəsində mümkün olub.

Sözsüz ki, Rusiya özünün təbii təsir dairəsinə aid etdiyi Azərbaycan və Qazaxıstanın Türkiyə ilə iş birliyinə girməsini istəmir. Rusiyanın Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq etdiyi bir dövrdə, onunla eyni ittifaqda təmsil olunan Qazaxıstanın bunun əksinə olaraq Türkiyə ilə əlaqələrini genişləndirməsi Avrasiya İttifaqının formal mahiyyətini ortaya çıxarır. Buna baxmayaraq, Rusiya nə Azərbaycan, nə də Qazaxıstana qarşı bu məsələdə təzyiq göstərə bilmir. Çünki yeni tranzit xəttinin formalaşmasında əsas maraqlı olan dövlət Çindir. Hətta demək olar ki, İpək yolu dəhlizi Çin üçün həyati əhəmiyyət daşıyır. Odur ki, Rusiyanın bu layihənin iştirakçısı olan istənilən dövlətə qarşı çıxması Çinin etirazına səbəb olacaq. Dünya ticarətindən təcrid olunmaqda olan Rusiyanın Çinlə pisləşməsi isə, Moskvanın sonuncu nəfəsliyinin bağlanması anlamına gəlir. Əlavə olaraq Çinin Rusiyaya qarşı hərbi təzyiq rıçaqları da mövcuddur ki, bu, başqa bir yazının mövzusudur.

Çinin bu layihənin üzvlərini Rusiya təzyiqlərindən qoruması heç də Azərbaycan, Qazaxıstan və Gürcüstana onan sevgisi ilə bağlı deyil. Söhbət ondan gedir ki, Çin xarici ticari mübadiləsini dəniz yolları vasitəsilə həyata keçirir və çoxdandır ki, quru yolla alternativ ticarət dəhlizinin yaradılmasına çalışırdı. Belə olan halda, Çinin nəhəng iqtisadiyyatının yalnız bir istiqamətdən asılılığı ortadan qalxacaqdı. Cənubi Çin dənizində mübahisəli adalarla bağlı Çinlə dənizdə qonşu olan Malaziya, Filippin, Vyetnam və Yaponiya arasında gərginliyin yaranması və ABŞ-ın bu dövlətlərə hərbi dəstək verməsi Pekin üçün alternativ ticari yolun əhəmiyyətini daha da artırdı. Dənizdəki gərginlik istənilən vaxt müharibəyə çevrilə, və nəticədə ilk növbədə Çinin ticari yollarına ziyan vura bilər ki, bu halda ölkənin iqtisadiyyatının çöküşü mümkündür. Hətta Çinin güclü ordusu, hərbi qüvvələri və müasir texnikası bu prosesi önləyə bilməz.

Yeni İpək yolunun məhz qeyd olunan marşrutda reallaşması İranın da maraqlarına cavab vermir. Çin İpək Yolu layihəsinin üç istiqamət üzrə reallaşmasını nəzərdə tuturdu və istiqamətlərin biri Çin mallarının İran ərazisindən keçməklə Avropaya daşınmasıdır. Bu mənada Çindən Orta Asiya respublikalarını keçməklə İrana uzanacaq dəhlizin buradan Ermənistan vasitəsilə Gürcüstana, oradan isə Qara dənizə çıxışı nəzərdə tutulurdu. Həmçinin İrandan birbaşa Türkiyə və buradan Avropaya keçid həyata keçirilə bilərdi. Güman ki, Gürcüstanın İrandan Ermənistan vasitəsilə qaz almaq istəyi İpək Yoluna hazırliq üçün hesablanmışdı. Belə olan halda Azərbaycan İpək yolundan kənarda qalacaqdı.

Belə bir məqamda Azərbaycan daxilində qeyri-sabitliyin yaranması ölkəmizi bu layihədən kənarda qoymaq istəyən istənilən qüvvənin maraqlarına cavab verir. Nardaranda baş verən hadisələr ölkədə qeyri-sabit vəziyyətin olması barədə mənfi beynəlxalq rəyin formalaşmasına hesablanıb. Belə vəziyyət, investorları qorxuya salmalı və İpək yolunun Azərbaycandan yan keçməsini təmin etməli idi.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Alman deputatdan Qarabağ çağırışı: “Dərhal azad olunsun”

Next Post

`Jurnalistlər məsuliyyətə cəlb olunacaq` – Siyavuş Novruzov

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

`Jurnalistlər məsuliyyətə cəlb olunacaq` - Siyavuş Novruzov

Dənizi zəbt edənlərə cəza - 7 min manat

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.