Rusiya neftin qiymətinin qarşıdakı beş il ərzində 40-60 dollar/barrel arasında olacağını proqnozlaşdırır.
Rusiya KİV-ləri xəbər verir ki, iqtisadi inkişaf nazirinin müavini Aleksey Vedev qarşıdakı 5 ildə neftin qiymətinin 40-60 dollar olacağını nəzərdə tutduqlarını və bu qiymətə hazır olduqlarını deyib: “Əgər bir sürpriz olsa belə neftin 25 dollar/barrellik qiymətinə uyğun planımız hazırdır”.
Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedev ötən gün etdiyi şərhdə ölkəsinin ictimai və iqtisadi inkişaf planlarında neftin qiymətinin 40 dollar/ barrel, pessimist ssenaridə isə 25 dollar proqnozlaşdırıldığını açıqlayıb.




