Rusiya 60 illik fasilədən sonra sərnişin gəmisi istehsal edəcək.
Axar.az xəbər verir ki, bu barədə Sənaye və Ticarət Nazirliyi məlumat verib.
“Vedomosti” qəzetində yer alan xəbərə görə, 2016-cı ildə PV300VD tipli 3 ədəd gəzinti gəmisi istehsal ediləcək. Gəmilər Sankt-Peterburq–Moskva, Rostov Don-Moskva və Krım limanları arasında xidmət göstərəcək.
Uzunluğu 140, eni 16 metr nəzərdə tutulan gəmilər 360 sərnişin daşıya biləcək.
Layihənin ümumi dəyəri təxminən 31,5 milyon dollardır.




