
Bu il Rusiyanın “Qazprom” şirkəti Türkmənistandan aldığı qazın həcmini 11 milyard kubmetrdən 4 milyard kubmetrədək azaldıb.
ANS PRESS-in məlumatına görə, bu barədə Türkmənistan hökumətinin dərc etdiyi bəyanatda bildirilir.
Sənəddə vurğulanır ki, Rusiya və “Qazprom” daha əvvəl Xəzəryanı qaz kəmərinin və Şərq-Qərb qaz kəmərinin tikintisinə investisiyaların həyata keçirilməsi üzrə öhdəlikləri üzərinə götürdü. Amma verdikləri sözü yerinə yetirmədilər. Türkmən hökumətinin fikrincə, “Qazprom” “qeyri-sabit tərəfdaşdır.”
Ümumiyyətlə Türkmənistan 2015-ci ildə qaz hasilatını 83,8 milyard kubmetrədək artırmağı planlaşdırır. Bunun 48 milyard kubmetri ixrac üçün nəzərdə tutulub.



