Almaniya münaqişə zonalarına silah tədarükü ilə bağlı öz tabuunu pozaraq dəfələrlə “qırmızı xətləri” keçib. Elchi.az xəbər verir ki, bunu Lente.ru-ya müsahibəsində Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev deyib.
Onun sözlərinə görə, Almaniya Ukraynaya çoxlu sursat, hava hücumundan müdafiə sistemləri, özüyeriyən haubitsalar və Leopard tankları verir. Bundan əlavə, Berlin Ukraynanın əks-hücumuna töhfə vermək üçün döyüşlər zamanı sıradan çıxmış alman tanklarını təmir edir” – deyə Neçayev bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva Amerika F-16 qırıcılarının Ukraynaya təhvil verilməsi faktının özünü nüvə sahəsində təhlükə kimi qiymətləndirəcək. O, həmçinin vurğulayıb ki, ABŞ və NATO öz hərəkətləri ilə Rusiya ilə birbaşa silahlı toqquşma təhlükəsi yaradır.
Havar Şəfiyeva




