Rusiya nümayəndə heyəti Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament Assambleyasının (PA) Kanadada keçiriləcək yay sessiyasında iştirak etməyəcək. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti mənbəsi məlumat verib.
Parlamentdəki mənbənin sözlərinə görə, nümayəndə heyəti ATƏT PA-nın yay sessiyasında iştirak etmək fikrində deyil, çünki ev sahibi ölkə, yəni Kanada Rusiya Xarici İşlər Nazirliyinin sorğusuna cavab verməyib.
Mənbənin bildirdiyinə görə, Moskva assambleyanın iclasında iştirak etməmək barədə ilkin qərar qəbul edib.
Qeyd edək ki, ATƏT Parlament Assambleyasının yay sessiyası iyunun 30-dan iyulun 4-dək Kanadada keçiriləcək.
Havar Şəfiyeva





