Rusiyanın Cənub Hərbi Dairəsinin qırıcı aviasiya ekipajları Ermənistanın Erebuni aviabazasından MiQ-29 və Su-30SM qırıcıları ilə təlim uçuşları həyata keçirib.
Elchi.az-ın xəbərinə görə, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
“Heyətlər mürəkkəb pilotlaşdırma elementləri ilə çətin hava şəraitində cütlük və bölmələr şəklində döyüş hazırlığı tapşırıqlarını işləyiblər”, – deyə xəbərdə vurğulanıb.
Pilotlar leysan yağışları, güclü külək, yüksək dağlıq ərazilərdə temperaturun dəyişməsi ilə müşayiət olunan çətin hava şəraitində gündüz və gecə tapşırıqlarını yerinə yetiriblər.






