"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rusiya-Azərbaycan-İranın iqtisadi arteriyası: Yubanmalar, çağırışlar, qazanclar

23 Avqust 2022 - 14:48
in SİYASƏT

“Azərbaycan, İran və Rusiya arasında Tranzitin Asanlaşdırılması üzrə Anlaşma Memorandumu imzalanıb. Üç ölkə bununla Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizindəki iştirakını gücləndirmək üçün yeni alətlərə yiyələnir”.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Aqşin Kərimov Feysbuk hesabında qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan Şimal-Cənub dəhlizinin həmtəsisçilərindən olan Rusiya, İran və Hindistan arasındakı ticarətdə, bu ticarətin Avropa ilə arteriyasının yaradılmasında orta həlqə kimi faydalanmaq imkanlarına malikdir, yəni böyük tranzit əhəmiyyəti daşıyır.
İqtisadi tabloda Azərbaycanın Rusiya və İran arasında tranzit rolu oynaması onun üçün doğulacaq qazancları inkişaf etdirir. Azərbaycanın bundan sonra əldə edəcəyi iqtisadi dividendləri belə təsnif edə bilərik:

“Sərbəst ticarətin təşviqi sürətlənəcək;

Ticarət infrastrukturu modernləşdiriləcək;

Milli iqtisadiyyatın digər müstəvidə diversifikasiyası və beynəlxalq aləmə inteqrasiyası asanlaşacaq;

Hindistan kimi nəhəng dövlətin regionda, o cümlədən Azərbaycanda iqtisadi maraqları artacaq;

Rusiya-Azərbaycan-İran arasında enerji dəhlizinin yaradılması dəyər qazanacaq”.

A.Kərimov vurğulayıb ki, Azərbaycanın planında, böyük ehtimal ki, reallaşdırılacaq Zəngəzur dəhlizinin Şimal-Cənub nəqliyyat koridoruna, eləcə də Şərq-Qərb dəhlizinə inteqrasiya edilməsi məsələsi yer alır, amma hələlik mövcud razılaşmaların icra edilməsi ümdə məsələdir:

“Hələlik Rusiya, Azərbaycan və İran dəmiryolları şəbəkəsinin tam birləşdirilməsi baş tutmayıb, çünki İran ərazisində Rəşt-Astara dəmiryolunun tikintisi yubanır.
Rəşt-Astara dəmiryolunun tikintisi yekunlaşsa və o işə düşsə, İranın cənubundakı Fars körfəzi limanları ilə şimalda Xəzər dənizinin sahilindəki Rəşt limanı arasında arteriya təmin ediləcək.
Lakin bəzi gecikmələr göstərir ki, Şimal-Cənub dəhlizinə əsaslanan əməkdaşlıqdan maksimum fayda əldə etmək üçün əlavə güclü stimullar tələb olunur.
Bu stimul üçün siyasi iradə mövcuddur, belə ki, Şimal-Cənub dəhlizinin iqtisadi layihə kimi əsas funksiyasının yerinə yetirilməsində Bakı da, Tehran da, Moskva da qərarlıdır, çünki bu marşrut regional və qlobal səviyyədəki ticarəti asanlaşdıran münbit platformadır.
Layihənin trafiki təkcə iqtisadi parametrlərlə yeni prioritetlər yaratmır, eyni zamanda siyasi və təhlükəsizlik çağırışları ortalığa çıxarır.
Bəzi yubanmalar inteqrasiyaların intensivləşdirilməsi zamanı meydana çıxa biləcək çətinliklər və imkanların təhlükəsizlik mühiti ilə əlaqələndirilməsi səbəbinə söykənə bilər.
Azərbaycanın Şimal-Cənub marşrutunun vacib kəsişməsində yerləşməsi Bakıya əlavə siyasi-iqtisadi təsir imkanları qazandırır və daha böyük bazarlara çıxışını təmin edəcək”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Yaponların QƏRİBƏ ixtiraları

Next Post

Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri cənab Rəşad Nəbiyev Azercell ilə  görüş keçirib

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri cənab Rəşad Nəbiyev Azercell ilə  görüş keçirib

Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri cənab Rəşad Nəbiyev Azercell ilə  görüş keçirib

Mirziyayev İlham Əliyevə zəng etdi

Mirziyayev İlham Əliyevə zəng etdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.