Bakıda keçirilən Azərbaycan-Rusiya forumuna ekspertlərdən reaksiyalar gəldi
Bakıda keçirilən “Əməkdaşlıq körpüsü” adlandırılan VII Azərbaycan-Rusiya regionlararası forumu son günlərin mühüm hadisələrindən oldu. Forumda hər iki ölkənin hökumət üzvləri, iş adamları və media təmsilçiləri iştirak edib. Forum çərçivəsində Azərbaycan və Rusiya arasında əməkdaşlığa dair 12 sənəd imzalanıb.
Ekspertlər bu forumun hər iki ölkə arasında iqtisadi-siyasi sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsində mühüm rol oynayacağını qeyd edirlər.
Siyasi ekspert Elxan Şahinoğlu hesab edir ki, hər iki ölkə birgə əməkdaşlıqda maraqlıdır: “Əvvəlki illərdə mərkəzi hakimiyyətlər əməkdaşlıq edirdilər. Amma görünən odur ki, bu əməkdaşlıq yerlərə çatmayıb. Bu baxımdan, gözəl təşəbbüsdür. Azərbaycan Rusiyanın fərqli bölgələri ilə də əməkdaşlıq qurmaq istəyir. Amma Dağıstanın rəhbəri açıqlama verdi ki, əməkdaşlıq yüksək səviyyədə deyil. Elə məhsullar var ki, Azərbaycan onu üç dəfə baha qiymətə digər ölkələrdən alır, halbuki bizdən almalıdır. Dağıstan rəhbərliyi dəfələrlə Azərbaycana gəlib, eləcə də Azərbaycan rəsmiləri ora səfər ediblər. Amma maraqlıdır ki, bu əməkdaşlıq hələ də yüksək səviyyəyə qalxmayıb. Düşünürəm ki, əməkdaşlıq çox vacibdir. Həştərxanın bir rayonunda azad iqtisadi zona yaradılıb. Rusiya ilə iqtisadi əməkdaşlıq bizim üçün çox vacibdir. Ölkə başçısının özü də qeyd edir ki, neft erası başa çatıb.
Son məlumata görə, Azərbaycana turistlərin 30%-i Rusiyadan gəlib. Bizim uzun onilliklərdir işlədiyimiz Rusiya bazarıdır. Bəzən Rusiya sərhədində maneələr yaradılır. Bu maneələr aradan qaldırılmalıdır. Forumda bunlar dilə gətirilmədi. Amma istənilən halda, bu forumu gərəkli sayıram. Siyasi zəmində daha çox əhəmiyyətlidir. Çünki Rusiya görür ki, Azərbaycan onların müxtəlif bölgələri ilə əməkdaşlığa can atır.
Ona görə də Azərbaycanla əməkdaşlığı vacib sayır. Təəssüf ki, bu əməkdaşlıq Dağlıq Qarabağ məsələsinin həllində mühüm rol oynamır. Düşünürəm ki, Rusiyanın bölgələri ilə əməkdaşlıq bizə siyasi və iqtisadi istiqamətlərdə dividentlər gətirər. Bu məsələlərə pozitiv baxıram. Düzdür, Rusiyanın siyasəti ilə bağlı daim ciddi suallarım olub. Əgər Rusiya ilə əməkdaşlıqdan iqtisadi mənfəət əldə etmək mümkündürsə, bundan qaçmaq düzgün deyil. Əgər ölkəyə gələn turistlərin çoxu Rusiyadan gəlirsə, bunun artırılması yolları barədə düşünməliyik. Gəlib nə qədər çox pul xərcləsələr, büdcəyə pul o qədər də çox daxil olar. Bu məsələdə optimistəm. Rusiya hələ ki Azərbaycanın müttəfiqi deyil, tərəfdaşıdır. İşğalçı ölkə bizə müttəfiq ola bilməz”.
Politoloq Qabil Hüseynli Azərbaycan-Rusiya münasibətlərinin daim yaxşı olduğunu qeyd etdi: “Belə forumun keçirilməsi münasibətlərin daha da yaxşılaşdırılmasına təkan verə bilər. Düzdür, forumun səviyyəsi dövlət səviyyəsində keçirilən forum deyildi. Burada verilən qərarlar düşünürəm ki, tövsiyə xarakteri daşıyır. Amma forumda kifayət qədər tanınmış şəxslər iştirak edirdilər. Onların siyasi nüfuzu və hökumətlərə təsir riçaqları var. Onlar münasibətlərin yeni səviyyəyə qalxmasına töhfə verə bilərlər. Bu, indiki dövrdə xüsusilə vacibdir. Əhəmiyyətli bir forum olduğunu düşünürəm. Münasibətlərdə fundamental gedişin başlanğıcı qoyuldu. Gələcəkdə belə forumların müntəzəm keçirilməsinin həm də ənənəsi yaradıldı. Belə forumlar indiki şəraitdə Rusiya-Azərbaycan münasibətlərinin yeni səviyyəyə qaldırılmasında əhəmiyyətli rol oynaya bilər”.