Vladimir Putin NATO-nun daha da genişlənməsinə qarşı çıxır.
Avropa.info xəbər verir ki, NATO-nun Çernoqoriyanı alyansa dəvətə etməsindən sonra rus rəsmilər “əks-cavab verməyə məcbur olacağıq” bəyanatı vermişdilər. Ancaq Rusiya nə cür addımlar atacağı hələ də məlum deyil.
NATO-nun bu fəaliyyətinə qarşılıq olaraq Rusiyanın Çernoqoriya və Bosniya-Herseqovinada serb separatçılarını dəstəkləyəcəyi, ya da Makedoniya və Kosovoda etnik münaqişələri qızışdıraraq Balkan yarımadasında stabilliyi pozacağı ehtimal kimi görünür. Ancaq Regionda Rusiyanın yaxın dostu olmadığı üçün Serbiya da Rusiyanı yalnız diplomatik və iqtisadi məqsədlər üçün istifadə edir. Serbiya Rusiyaya ideoloji, siyasi yaxud strateji olaraq Rusiyaya heç bir vəd vermir.
Ukraynada gedən müharibənin fonunda NATO-nun Balkan yarımadasına marağı kəskin zəifləmə göstərməkdə idi. Məcburi parçalanma, ərazi zəbt etmək istəyi, hərbi təcavüzkarlıq XXI əsrdə iz qoyan həqiqətlərdən biridir. Bütün bu həqiqətlərin qarşılığında Qərbi Balkan ölkələri NATO çətiri altında yarımadanın digər ölkələrinə qatılmaq ehtiyacı hiss etdi.
NATO üzvü olmaq regional təhlükəsizliyi artırmaq, mövcud sərhədləri müdafiə etmək, demokratiya yolu getmək, xarici sərmayələri cəlb etmək və iqtisadi inkişafı təmin etmək baxımından vacibdir.
Üzvlük eyni zamanda Moskvanın regionda separatizm toxumları əkməsinə, pos-sovet dövlətləri üzərində öz hegemoniyasını bərpa etməsinə qarşı kömək edəcək.
Çernoqoriyanın NATO-ya daxil olması hər iki tərəfin niyə və dəyərləri tərəfindən uyğunluq təşkil edir. NATO üzvü olması son illərdə Rusiyadan siyasi asılılıq yaradan sərmayələri Qərb sərmayələri ilə əvəz edəcək.
Çernoqoriyanın üzvlüyü ilə birlikdə Adriatik sahili “NATO xətti”nə çevriləcək. Ortaq hərbi əməliyyatlarda iştirak etməklə yanaşı sahildən gələ biləcək terror hücumlarının da qarşısı alınacaq.