Polşa hakimiyyəti bəyan edib ki, Rusiyanın Hava Donanması Baltik dənizi bölgəsində fəallığını artırıb.
Elchi.az-ın “BBC”yə istinadən məlumatına görə,ölkənin müdafiə naziri Tomaş Simonyak bildirib ki,Rusiya Hərbi Hava Donanmasının fəallığı əsasən beynəlxalq sular və hava səmasında artıb.
NATO-ya üzv dövlətlər, o cümlədən Britaniya hərbçiləri bölgədə patrulluq edərək, Rusiya təyyarələri və sualt gəmilərinin hərəkətlərni izləyirlər.
Polşalı nazir Rusiyanın hücuma hazırlıq gördüyünə inanmır: “Onlar sadəcə olaraq, NATO-nun müdafiə sistemini yoxlayır. Bu isə tərəflər arsında etibarın güclənməsinə uyğun gəlmir”.
Ölkəsinin “TVN24” telekanalında çıxış edən nazır Polşa Silahlı Qüvvələrinin hərbi hazırlıq vəziyyətə gətirilməsinə ehtyac görmədiyini də vurğulayıb.



