Fevralın 20-dək davam etməsi planlaşdırılan 10 günlük Rusiya-Belarus genişmiqyaslı hərbi təlimləri başlayır.
Elchi.az Qərb mətbuatına istinadən xəbər verir ki, Belarusda keçirilən hərbi təlimlərdə iştirak məqsədi ilə Rusiya bu ölkəyə 30 min hərbçi, qırıcı təyyarələr və iki yer-hava tipli S-400 zenit-raket batalyonu göndərib.
Rusiyanın Baş qərargah rəisi Valeri Gerasimov da hərbi təlimləri izləmək üçün ötən gün Belarusa gedib.
Qeyd edək ki, NATO hərbi təlimlərin Rusiyanın “Soyuq müharibə”dən sonra Belarusa ən böyük hərbi qüvvələr yerləşdirməsi ilə keçirildiyini açıqlayıb. Ağ Ev hərbi təlimləri Ukrayna ilə gərginliyin artırılmasına xidmət edən addım kimi qiymətləndirib.





