Üçüncü tərəfin Belarusa hücumu zamanı Rusiya bütün mümkün silahlardan istifadə edəcək.
Elchi.az xəbər verir ki, bunu Rusiyanın Minskdəki səfiri Boris Qrızlov STV kanalının efirində deyib.
Diplomat Minskə hücumun Rusiyaya hücum kimi qiymətləndiriləcəyini vurğulayan Rusiya prezidenti Vladimir Putinin xəbərdarlığını xatırladıb. “Rusiya Federasiyasının hərbi doktrinası bu halda bütün mümkün silahlarımızla cavab verməyi nəzərdə tutur”, – Qrızlov bildirib.
Nuranə Məmmədova





