"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Rusiya bizə anbarlarda pas atmış köhnə silahları satıb” – Erməni KİV-ləri, FOTOLAR

22 Fevral 2016 - 15:43
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Rusiya bizə anbarlarda pas atmış köhnə silahları satıb” - Erməni KİV-ləri, FOTOLAR
Bu günlərdə Rusiya hökuməti 200 milyon dollarlıq ixrac krediti hesabına Ermənistana satılacaq silah və hərbi texnikanın siyahısını açıqlayıb. 
 
Həmin siyahıda ən çox diqqəti çəkən “Smerç” reaktiv yaylım atəşi sistemləri və TOS-1A ağır odsaçanları idi. Və neçə gündür ki, bu silah sövdələşməsi Ermənistanda müzakirə olunmaqdadır.
Məsələ burasındadır ki, ötən il Rusiya Ermənistana 200 milyon dollar silah krediti ayıranda istər prezident Serj Sərkisyan, istər müdafiə naziri Seyran Ohanyan bu kredit hesabına “ən yeni silah və hərbi texnikanın alınacağını” bəyan etmişdilər.
Lakin indi rəsmi müqavilə və ona əlavə sənədi açıqlananda məlum olub ki, Rusiya Ermənistana heç də iddia edildiyi kimi “ən yeni silahları” deyil, istehsal tarixi 20-30 ildən çox olan köhnə silahları satacaq. Və bunlar Azərbaycanın Rusiyadan aldığı müasir silahlarla müqayisədə taktiki-texniki gösəricilərinə görə heç cür uzlaşmır.
Lragir.am saytı yazır ki, sənəddə ən çox diqqəti çəkən “Smerç” reaktiv sistemləri və TOS-1A “Solntsepyok”  odsaçanlarıdır. Lakin Ermənistana satılan “Solntsepyok” 2004-cü il modifikasiyası olan 9M531 raketləri ilə təchiz olunub və T-72 tankının şassisi üzərində yığılıb. Sayt qeyd edir ki, bununla müqayisədə Azərbaycana satılan “Solntsepyok” tamamilə yenidir və T-90 tankının bazasında yığılıb. Nəticədə çətin keçilən dağlıq ərazilərdə hərəkət etmək imkanlarına malikdir.
Ermənistana satılan “İqla-S” daşınan zenit-raket kompleksi və “Avtobaza-M” passiv radar stansiyası da 2000-ci illərin əvvəllərində istehsal olunub. Qalan silah növləri isə daha köhnədir. Məsələn, “Konkurs” tank əleyhinə kompleksləri 1974-cü ildən istismar olunur, sonuncu dəfə 1991-ci ildə modernizə olunub. RPQ-26 əl qumbaraatanları isə 1985-ci ildən bəri modifikasiya olunmur.
Müqavilədən məlum olur ki, Ermənistana bu ölkə KİV-lərinin iddia etdiyi kimi tank yox, tank mühərriklər satılıb. Özü də 1966-cı il modeli olan B-84 mühərriki. BMP-lər üçün alınan UTD-20 mühərriki isə 1984-cü il modifikasiyasıdır.
Ermənistana satılan silahların içərisində Azərbaycanın Rusiyadan son illərdə aldığı “Pantsir-S” hava hücumundan müdafiə sistemləri, S-300 PMU2 “Favorit” zenit-raket kompleksləri, “Xrizantema” və “Kornet” tank əleyhinə sisemlər, “Msta-S” və “Vena” özüyeriyən artilleriya qurğuları, yaxud Mi-35 və Mi-17 vertolyotları yoxdur. Sayt yazır ki, əslində Ermənistana satılan silahların anbarlarda qalıb pas atan silahlar olduğu istisna deyil.
Sayt qeyd edir ki, iddia edildiyi kimi Ermənistana heç bir tank və ya digər müasir zirehli texnika satılmayıb. Zirehli texnika adına siyahıda olan təkcə QAZ avtomobilinin bazasında yığılmış yüngül zirehli “Tiqr” avtomobilidir. Müqayisə üçün qeyd olunur ki, Rusiya son illərdə Azərbaycana 150 tank, yüzlərlə BMP-3 və BTR-80 satıb.
Kredit müqaviləsində Ermənistana heç bir hava texnikasının satılmasından söhbət getmir. Sayt xatırladır ki, Rusiya hələ 5 il əvvəl Azərbaycana 1000-dən çox “İqla”, 2 diviziyon S-300 PMU2 “Favorit” kompleksi satıb. Nəticədə Azərbaycanın hava hücumundan müdafiəsi o qədər güclənib ki, Ermənistan hərbi hava qüvvələrini mümkün müharibədə tətbiq etmək ümumiyyətlə mümkün olmayacaq. Ermənistana 2010-cu ildə satılan S-300PS kompleksləri isə köhnə modifikasiyalıdır, “Favorit”ə nisbətən hədəfi vurma məsaəsi iki dəfə azdır.
Azərbaycanın aldığı kompleks Ermənistana satılan S-300 komplekslərinə nisbətən 6 dəfə çox hədəfi izləyir və raketləri 2.5 dəfə sürətlidir. Ona görə də bu disbalansı Ermənistana satılan “İqla” və “Avtobaza-M”-lə kompensasiya etmək mümkün deyil.
Sənədə əsasən Ermənistana minaaxtaran, ekskavator texnikası və qaldırıcı kran, “Kamaz” avtomobilləri, komandirlər və sanitarlar üçün UAZ-lar da satılacaq. Və “Smerç”ləri və “Solntsepyok”ları istisna etməklə siyahıda başqa heç bir hərbi texnika və müasir silah yoxdur.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıda qarğaların sayı təhlükəli həddə çatır

Next Post

Soydaşlarımız Ağ Evin qarşısında aksiya keçirib

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Soydaşlarımız Ağ Evin qarşısında aksiya keçirib

Əli Kərimli bu restoranda gizli görüşlər keçirirmiş - FOTOLAR

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.