Ukrayna ordusu şəhər mərkəzindən qərb kənarına sıxışdırılır.
Elchi.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynadakı xüsusi əməliyyatın gedişi ilə bağlı yeni gündəlik hesabatında bildirib ki, son sutka ərzində Donetsk istiqamətində əsas döyüşlər Artemovskda baş verib.
Agentliyin məlumatına görə, Ukrayna ordusu şəhər uğrunda gedən döyüşlərdə 450-dən çox döyüşçünü itirib.
“Donetsk istiqamətində döyüşlərdə əsas səylər Artemovsk şəhəri ərazisində cəmlənib. “Vaqner” hücum dəstələri Artemovskın mərkəzi hissəsindəki məhəllələri ələ keçirmək və düşməni qəsəbənin qərb kənarına sıxışdırmaq üçün döyüşləri davam etdirdilər. Cinahlarda hücum dəstələrinin hərəkətləri Hava-Desant Qüvvələrinin bölmələri tərəfindən dəstəklənir.
Şayəstə






