Rusiya Xarici İşlər Nazirliyi Böyük Britaniya, ABŞ və Kanadaya “daxili işlərinə qarışdıqları” səbəbiylə etiraz notası verildiyini açıqlayıb.
Elchi.az xəbər verir ki,Rusiya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, Böyük Britaniya,ABŞ və Kanadanın Rusiyada müxalif siyasətçi Vladimir Kara-Murzanın 25 illik həbs cəzası ilə bağlı “təxribatçı” bəyanatlar verdiyi və “yalan” məlumatlar yaydığı ifadə edildi
Bu bəyanatların “qəbuledilməz” olduğu vurğulanan açıqlamada, Böyük Britaniyanın Moskvadakı səfiri Debora Bronnert, ABŞ-ın Moskvadakı səfiri Lin Treysi və Kanadanın Moskvadakı səfiri Alison Le Kler nazirliyə çağırılıb.
Bəyanatda bu cür hərəkətlərin “Rusiyanın daxili işlərinə müdaxilə” kimi qiymətləndirildiyi və səfirlərə etiraz notalarının verildiyi qeyd edilib.
Rusiyada,İngiltərə vətəndaşlığı da olan müxalif siyasətçi Vladimir Kara-Murza dünən “dövlətə xəyanət” və “Rusiya ordusu haqqında yalan xəbər yaymaq” ittihamı ilə 25 il həbs və 400 min rubl (təxminən 5 min dollar) cərimə edilib. .
Başda İngiltərə olmaqla Qərb ölkələri qərarı pisləyən bəyanatlar verib.
Nuranə Məmmədova






